Sidik kisəsinin infeksiya xəstəliyindən təbii yollarla xilas olmaq üçün reseptlər
- Müəllif: elnare
- Tarix: 6 iyun 2017
- Baxış sayı: 17 184
- 0 rəy
Sidik kisəsinin infeksiya xəstəliyi zərərli bakteriyaların sidik kisəsində artıb çoxalması nəticəsində əmələ gəlir. Bu infeksiyalar sidik kisəsinə sidik sistemi ifrazı orqanlarından düşür. Ən çox isə sidik axarından düşən infeksiyalar səbəbindən baş verən sistit xəstəliyi aşağıdakı əlamətlərlə özünü biruzə verir.
- * sidiyə çıxan zaman göynəmə
- * tez-tez sidiyə çıxma
- * sidiyin rənginin tündləşməsi
- * sidiyin iyinin dəyişilməsi.
Profilaktika məqsədilə aşağıdakılardan itifadə etmək mümkündür:
- Gün ərzində ən azı 6 stəkan su içmək.
- Kofein və spirti içkilərdən uzaq durmaq
- Aralıq nahiyənin təmiz saxlanılması.
- Siqaretdən uzaq durmaq.
- Sidiyi sidik kisəsində çox saxlamamaq.
- Gigiyenik vasitələri tez-tez dəyişdirmək.
- Sintetik və kirli alt paltarından itifadə etməmək.
- Balqabaq şirəsi içmək.
- Sarımsaq yemək.
Aşağıdakı təbii vasitələrdən istifadə etməklə sidik kisəsinin infeksiya xəstəliyindən xilas olmaq mümkündür.
- 1. Gülxətmi dəmləməsi sistit xəstəliyinin əlamətlərini aradan qaldırır. Bunun üçün 2 xörək qaşığı gülxətminin üzərinə 2 stəkan qaynar su tökülür və 6-8 saat dəmləndikdən sonra içilir. Dəmləməni gündə 3-4 dəfə yeməkdən əvvəl içmək lazımdır.
- 2. Avran dəmləməsi sidikqovucu və sidik kisəsindəki iltihab əleyhinə təsir göstərir. 2 qram bitki qurusunun üzərinə 200 ml qaynar su əlavə edilir və 1 xörək qaşığı olmaqla gündə 2-4 dəfə içilir.
- 3. Ammi bitkisinin kökündən hazırlanan “Avisan” dərmanı sistit xəstəliyini sağaldır.
- 4. Qarpız yemək sidik kisəsinin iltihabi xəstəlikləri zamanı, nefritlərdə, böyrək daşlarında, sidik kisəsinin daşları zamanı çox faydalıdır. Bu məqsədlə yay aylarında gündə 2-2,5 kq qarpız yemək lazımdır.
- 5. Sidik ifrazı sisteminin və sidik kisəsinin infeksiya xəstəliyi zamanı reyhan dəmləməsindən istifadə etməkdə fayda var. Bu məqsədlə 2 xörək qaşığı quru reyhanın üzərinə 500 ml qaynar su tökülür və soyuduqdan sonra içilir. Dəmləmədən gündə 3 dəfə yarım stəkan içmək lazımdır.
- 6. Zirinc dəmləməsi sidik ifrazat sisteminin bütün infeksiya xəstəliklərinə qarşı mübarizə apara bilir. Zirincin yarpaqlarından da müalicə vasitəsi kimi istifadə etmək mümkündür. Bu zaman 1:5 nisbətində yarpaq və 40%-li spirt qarışdırılır və 2 həftə saxlanıldıqdan sonra gündə 3 dəfə 30-40 damcı içilir.
- 7. Ağcaqayın ağacı yarpaqlarının dəmləməsindən isti halda içmək sistit əlamətlərinin aradan qalxmasına səbəb olur. Bunun üçün 2 xörək qaşığı quru yarpaq, 200 qram qaynar suda 6 saat dəmləndikdən sonra gündə 3-4 dəfə yarım stəkan içilir.
- 8. Qırmızı yemişan xroniki sistit xəstəliyinin sağalmasına səbəb ola bilir. Dəmləməsini hazırlamaq üçün 1 çay qaşığı qurusunun üzərinə 200 ml qaynar su tökülür və gündə 3 dəfə olmaqla hər dəfə 1/3 stəkan içilir.
- 9. Yarpız dəmləməsi sidik kisəsinin infeksiya xəstəlikləri zamanı çox faydalıdır.Dəmləməni həm quru yarpaqlarla, həm də təzə yarpaqlarıla hazırlamaq mümkündür. Yarpız dəmləməsini gün ərzində bir-neçə stəkan qəbul edə bilərsiniz.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Sidik kisəsinin infeksiya xəstəliyindən təbii yollarla xilas olmaq üçün reseptlər" haqqında müzakirə