On səkkiz həftəlik hamiləlik zamanı nələr baş verir
On səkkizinci həftədə uşağın çəkisi 200 qrama çatmış olur, onun boyunun uzunluğu isə 20 sm-ə çatır. Bu dövrdə uşağın başının ölçüsü 39,4 - 39,5 mm-ə bərabər olur. On səkkizinci həftədə uşağın əlləri, ayaqları, barmaqları tam formalaşmış olur. Bəzi qadınlar birinci hamiləlikdə uşağın tərpənməsini hamiləliyin on səkkizinci həftəsində hiss edirlər. Hormonların on səkkizinci həftədə ifrazı uşağın vəziyyətinin yüngülləşdirir. On səkkizinci həftədə uşaq uşaqlıq daxilibdə düz vəziyyətdə rahatca dura bilir. Uşağın hərəkətinin formasının dəyişmələrinə görə hamilə qadının qarnının forması da dəyişilir, bəzən bu dəyişmə xaricdən hiss edilir.
Bu həftədə dölyanı mayenin də miqdarı artmış olur və ana suyun içərisində asanlıqla hərəkət edən uşağı hiss edə bilir. Qadının qarın hissəssinin dərisi dartıldığına görə bəzən on səkkizinci həftədə dəridə xəttlər meydana gəlməyə başlayır.
Hamilliyin on səkkizinci həftəsindən qadınların bel hissəsində ağrılar əmələ gəlməyə başlayır. Böyrəkləri faliyyəti artdığına görə hamiləliyin on səkkizinci həftəsi qadının böyrəkləri üçüm həssas bir dönəm sayılır.
Mütəxəssislər hamiləliyin on səkkizinci həftəsindən qadınlara rezin, sintetik və üstündə sancaq olan paltarlar geyinməyi məsləhət bilmirlər. Bu həftədən qadınların əllərində və ayaqlarında şişkinliklər meydana gəlməyə başlayır. Bu səbəbdən də həkimlər hamilə qadınlara qidalarında duzun miqdarını azaltmağı məsləhət bilirlər. Çünki, duzlu qida orqanizmdə suyun yığılmasına səbəb olur.
Hamiləlik zamanı bəzən qadınların görmə problemləri ola bilir. Görmə ilə problemlərin meydana çıxması isə ən çox hamiləliyin on səkkizinci həftəsinə təsadüf edir. Həkimlər görmənin zəiflədiyi zaman isə hamilə qadınları mütləq göz həkiminə müraciət etmələrini məsləhət görürlər.
Hamiləliyin on səkkizinci həftəsində progestronun miqdarı artır. Bu da uşalıqdan gələn axıntının miqdarının çoxalmasına səbəb olur. Axıntının çoxaldığı zaman müayinə edilməsi zamanı göbələk xəstəliyi meydana çıxdıqda isə mütləq müalicə lazımdır.Hamiləliyin on səkkizinci həftəsində qadının fosfora, D vitamininə ehtiyacı daha çox olur.
Bu həftə USM müayinəsi zamanı uşağın beyin yarımkürələri, ürəyinin iki kamerası asanlıqla görünür, başının ölçüsü isə 130-160 mm olur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"On səkkiz həftəlik hamiləlik zamanı nələr baş verir" haqqında müzakirə