Aldığınız yağın kərə yağı olduğunu necə bilmək olar?

  • Müəllif: elnare
  • Tarix: 4 aprel 2017
  • Baxış sayı: 11 273
  • 0 rəy

Aldığınız yağın kərə yağı olduğunu necə bilmək olar?
Kərə yağı təbiətin insana bəxş etdiyi ən yaxşı nemətlərdən biridir. 10 yaşından yuxarı hər bir kəs? hər gün ən azı 60 qram kərə yağı qəbul eləməlidir.
Kərə yağının tərkibi vitamin və makroelementlərlə zəngindir. Onun trkibində Ca, K, D, E, A,Fe, Mq, Mg və s. var. Kərə yağı olmasa bəzi vitaminlərin bağırsaqlardan sorulması prosesi baş vermir. Kərə yağı inək südündən hazırlanır. Bəs aldığımız yağın  kərə yağı olduğunu necə bilmək olar? Hansı xüsusiyyətlərinə görə kərə yağının digər sintetik yağlardan fərqləndirmək olar?
* Kərə yağı büküldüyü kağızı iylədikdə ondan heç bir iy gəlməli deyil.
* Kərə yağının rəngi açıq solğun sarı gəngdə olmalıdır.
Bunu yoxlamaq üçü yağdan bir miqdar qoparıb ilıq suyun içərisinə salın. Əgər suyun rəngi dəyişirsə o zaman həmin yağ əsil kərə yağı deyil. Suyun üzünə çıxan rəng isə boyaq maddəsidir.
* bıçaqla kəsin
Kərə yağını 10 dəqiqə dondurucuda saxlayın və bıçaqla kəsin. Əgər yağ parçalanarsa, o zaman əsil kərə yağıdır. Yox əgər asanlıqla kəsilərsə, o zaman aldığınız yağ əsil kərə yağı deyil.
* qaynar tavaya atın
Aldığınız yağdan bir miqdar kəsib qaynar tavaya atın. Əgər tez əriyib xışıldayarsa və ətrafa xoş iy saçarsa o zaman əsil kərə yağıdır. Sintetik yollarla hazırlanmış və ya marqarin yağı isə tavaya atıldıqda süzülüb əriyir və otağın havasını korlayır.
Oxuduğunuz məqalə xoşunuza gəldisə o zaman paylaşıb dostlarınızı da məlumatlandırın.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Aldığınız yağın kərə yağı olduğunu necə bilmək olar?" haqqında müzakirə