Praqa tortu
- 170 qram un
- 40 qram kərə yağı
- 25 qram kakao
- 170 qram şəkər tozu
- 8 ədəd yumurta
Krem üçün lazım olanlar:
- 300 qram qatılaşdırılmış süd
- 5 ədəd yumurta sarısı
- 150 ml su
- 340 qram kərə yağı
- 45 qram kakao
- 5 qram vanil
- 500 ml sirop.
Biskvitin hazırlanması:
Yumurta şəkər tozu ilə çalınır, şəkər tamamilə əridilir. Yumurta otaq tempraturunda olsa yaxşı olar, çünki, belə olduqda yaxşı çalınır.
Un kakao ilə qarışdırılır, üzərinə çalınmış yumurtalı şəkər əlavə edilir, qarışdırılır. Sonra yumşalmış kərə yağı qatılıb, yenidən qarışdırılır.Biskivitin xəmirini çox qarışdırmaq lazım deyil, bu zaman biskivit yaxşı şişmir.
Biskivit 30-40 dəqiqə ərzində 180*C-də bişirilir. Soyuduqdan sonra 3 hissəyə bölünür.
Qatılaşdırılmış süd, yumurta sarısı, sirop, vanil zəif odun üzərində, su hamamında 3-5 dəqiqə bişirilir. Krem hazırlamaq üçün yağ çalınır, kakao və vanil əlavə edilir, soyudulmuş bişmə krem az-az yağa əlavə edilir yaxşı çalınır. Krem soyuducuya qoyulur.
Sirop hazırlamaq üçün 250 ml şəklər tozu və 250 qram su ilə qarışdırılır, azca konyaq əlavə edilir.
Sirop korjlara çilənir, aralarına kerm sürtülür, tortun üstü şokoladla bəzənir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Praqa tortu" haqqında müzakirə