Qozlu keks

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 848
  • 0 rəy

Qozlu keks.
Lazım olan ərzaqlar:
* 100 qram hazır şokolad
* 1 paket vanil
* 150 qram kərə yağı
* 3 yumurta
* yarım stəkan xırda doğranmış qoz
* 2 stəkan şəkər tozu
* 2 çay qaşığı kakao
* 2 stəkan un
* bir-neçə qaşıq duru yağ
Hazırlanması:
Şokolad və kərə yağı bir yerdə zəif odun üstündə isidilib qarışdırılır. Sonra şəkər tozu yumurta ilə çalınır, duru yağ əlavə edilir, üzərinə kakao, vanil, un və kərəyayı ilə şokolad qarışımı əlavə edilir. Kütlə yaxşıca qarışdırılır və 160*-də 20-25 dəqiqə bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qozlu keks" haqqında müzakirə