Kərə yağlı smit

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 438
  • 0 rəy

Kərə yağlı smit.
Lazım olanlar:
* 1 stəkan ilıq süd
* 1 stəkan ilıq su
* yarım stəkan duru yağ
* 1 yumurtanın ağı
* 3 xörək qaşığı şəkər tozu
* 1 çay qaşığı duz
* 1 paket instant maya
* 5-6 stəkan un
* xəmirin aralarına sürtmək üçün 1 stəkan ərinmiş kərə yağı.
Üzərinə sürtmək üçün:
* yumurta sarısı
* susam
* çörək otu.
Maya ilıq su və ilıq südlə bir qabda yumşalmağa qoyulur. Sonra üzərinə duru yağ, yumurta ağı və duz əlavə edilib qarışdırılır. Az-az un əlavə edilərək yumşaq xəmir yoğrulur, mayalandırılmağa qoyulur. Mayalanmış xəmirdən 22 ədəd kündə hazırlanır. Kündələr də 20 dəqiqə acıdıqdan sonra onların birini əlimizə alıb kərə yağına bulaşdırdığımız əlimizlə kündəni dar və uzun bir hala salırıq. Oval şəkildə açdığımız yuxanı kərə yağı ilə yağlayıb bururuq. Sonra ikinci kündəni də həmin şəkildə açıb yağlayırıq. Onu da burduqdan sonra hər ikisini bir-birinə sarıyırıq. Sarıdıqdan sonra burulmuş xəmir dartılır və smit şəklində ucları birləşdirilir. Digər xəmir kündələri də eyni şəkildə hazırlanır və üzərinə yumurta sarısı sürtülüb susam və qara çörəklə bəzək verilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kərə yağlı smit" haqqında müzakirə