Alivensi.
Lazım olam ərzaqlar:
Quru yağlı kəsmik- 250 qr
Qaymaq- 3 xörək qaşığı
Kərə yağı-30 qr
Yumurta- 3 ədəd
Qarğıdalı nişastası-1 xörək qaşığı
Un-1 stəkan
Bitki yağı
Un halına salınmış suxari
Duz
Hazırlanma qaydası:
Alivensi hazırlamağa başlamazdan 2-3 saat əvvəl kəsmik salfetə bükülür və üzərinə yük qoyulur ( bu üsulla kəsmikdə olan nəmlik çıxır). Daha sonra kəsmik kərə yağı, duz və qaymaqla qarışdırılır, alınan kütlə xəlbirdən və ya aşsüzəndən keçirilir və üzərinə 3 yumurtanın sarısı əlavə edilir.
Un ələnir, qarğıdalı nişastası, yumurtanın çalınmış ağı astaca unla və kəsmiklə qatılır. Forma kərə yağı ilə yağlanır, dibinə və kənarlarına suxarı səpilir. Daha sonra kəsmikli kütlə qaba tökülür. Belə etsəniz bişəndən sonra kəsmikli piroq formadan rahat çıxır.
Alivensini sobada orta temperaturda 20-30 dəqiqə bişirmək lazımdır. Süfrəyə kasada qoyulmuş qaymaqla verilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Kivi və bananla kəsmikli piroq
16 yanvar 2017
Kəsmikli üçkünc peçenye
15 yanvar 2017
Brınza ilə şarlotka
15 yanvar 2017
Albalı ilə pirojna
16 yanvar 2017
Toyuqlu qarğıdalı qarışımlı çin şorbası
15 yanvar 2017
Qozlu kakaolu peçenye
15 yanvar 2017
Duzlu peçenye
29 yanvar 2017
GECƏ-GÜNDÜZ TORTU
15 yanvar 2017
"Alivensi." haqqında müzakirə