Kərə yağı
Əsil kərə yağı inək südünün qaymağından əldə edilir. Onun yağlıllığı 82%-dən az olmur. Satış məntəqələrində olan kərə yağlarının tərkibi isə emulqatorlardan, konservantlardan, turşuluğunu saxlayan maddələrdən, dadlandırıcılardan, boya maddələrindən və s.-dən ibarət olur. Satışda olan kərə yağı marqarin yağına müxtəlif maddələrin qarışımından əldə olunan yağdır. Bu yağın kərə yağı dadına bənzəməsi üçün onların tərkibinə bir çox qatqı maddələri əlavə edilir. Belə yağların çoxu trans yağlardır və onlar orqanizm üçün çox zərərlidir.
Kərə yağınınm faydalı xüsusiyyətləri.
Süddən alınan əsil kərə yağı bioloji qiymətli və çox dadlı olur. Onun tərkibində müxrəlib cür balanslaşdırılmış yağ turşuları var. Kərə yağının tərkibi fosfatidlərdən və yağda həll olan vitaminlərlə zəngindir. O orqanizm tərəfindən asanlıqla (90-95%) sorulur.
Kərə yağının tərkibində süddə olan zülallar, karbohidratlar, vitaminlər, minerallar və su(yağ plazmasının piysiz hissəsi) olur. Kərə yağı yüksək kalorili qidalardandır. Onun tərkibində A və D vitamini və karotin var. Süddən təbii yollarla əldə edilən yağ orqanizm tərəfindən asan sorulur və insana enerji verir. Bu səbəbdən də kərə yağı ilə səhər yeməyi insan üçün əla qida vasitəsi hesab edilir. Səhərlər kərə yağı yemək insanı gücləndirir.
Kərə yağı həzm problemləri olan adamlar üçün faydalı hesab edilir. Acqarına kərə yağı yemək mədə və onikibarmaq bağırsağın yara xəstəliyinin sağalmasını sürətləndirir. Tərkibində olan A vitamininin miqdarı yaraların sağalmasını sürətləndirir. Xroniki xolisititdən, pankreatitdən və öd daşı xəstəliyindən əziyyət çəkənlərə gün ərzində 15-20 qram kərə yağı yemək məsləhət görülür.
Kərə yağının tərkibində olan xolesterin, bioloji aktiv maddələr və öd turşuları sinir toxumalarınıт və bəzi hormonların fəaliyyətinə təsir edir. Orqanizmdə yağın miqdarı az olduqda qadınlarda aybaşı gecikmələri baş verir və hamiləlik gec baş tutur.
Orqanizmdə yağın olması hüceyrələrin yenilənməsini sürətləndirir. Beyin sinirlərinin və birləşdirici sinir toxumalarının normal fəaliyyət göstərməsi üçün hər gün az miqdarda yağ yemək lazımdır. Kərə yağı ilə qidalanmaq insanın intellektinə təsir göstərir. Hər gün yağ yeməmək məktəbli uşaqların diqqətinin dağınıq olmasına səbəb olur. Kərə yağının 40%-ini yağ turşuları təşklil edir. Bu qanda olan xolesterinin miqdarına yaxşı təsir göstərir. Kərə yağı qanda lipidlərin balanslaşmasına yardım edir. Yağ turşuları isə xərçəng genini daşıyan hüceyrələrin inkişafını ləngidir.Hər gün az miqdarda kərə yağı yemək insan sağlamlığı üçün çox faydalıdır. Buna görə də nənə-babalarımız əsil kərə yağı yeyərək sağlam uzun ömür sürmüşlər.
Kərə yağının zərərli xüsusiyyətləri
Həddindən çox kərə yağından istifadə eləmək piylənməyə səbəb olur. Çoxlu miqdarda kərə yağı yemək atereskleroza və ürək xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilir. Yağın tərkibində olan xoleserol damarlarda patologiyaların əmələ gəlməsinə səbəb olur. Nadir hallarda kərə yağı yemək allergiya əlamətlərinin əmələ gəlməsinə səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kərə yağı" haqqında müzakirə