Manqo salatı
Lazım olan ətzaqlar:
250 qr toyuq əti
400 qr yaşıl manqo
100 qr yerkökü
100 qr nanə
150 qr qurudulmuş krevet
100 qr qovrulub doğranmış fıstıq
2 xörək qaşığı palma şəkəri
2 xörək qaşığı balıq sousu
2- 3 dilim sarımsaq
2 ədəd soğan
1 çay qaşığı limon şirəsi,1 çay qaşığı duz
Hazırlanma qaydası:
Ət qızardılır, soyudulub doğranır. Manqo, yerkökü, sarımsaq və soğan doğranır. Dərin boşqabda ət, şəkər, balıq sousu, duz, sarımsaq, nanə və quru krevet qarışdırılır, sonra soyulmuş manqo, yerkökü, balıq sousu və limon şirəsi əlavə edilir. Üstü fıstıqla bəzədilərək süfrəyə verilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Ədviyyatlı balıq bozartması
15 yanvar 2017
“Yeni il”salatı
14 yanvar 2017
Yeni il salatları
29 yanvar 2017
Yerkökü və toyuq salatı
14 yanvar 2017
Koromb salatı
15 yanvar 2017
İspanaqlı toyuq salatı
15 yanvar 2017
Toyuqlu tərəvəz salatı
15 yanvar 2017
Rəngli bibər salatı
15 yanvar 2017
Yay aylarında hansı salatları yeməli?
29 yanvar 2017
"Manqo salatı" haqqında müzakirə