Ədviyyatlı balıq bozartması

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 106
  • 0 rəy

Ədviyyatlı balıq bozartması
-500 qr dəniz balığı
-200 qr ispanaq yarpağı
-limon yarpağı
-2 ədəd baş soğan
-1 stəkan kokos kremi
-1 ədəd yumurta
-1 xörək qaşığı acı bibər tomatı
-1 çay qaşığı sarıkök
-2 ədəd limon çubuğü
-1 ədəd yumurta
-2 diş sarımsaq
-1 xörək qaşığı balıq sousu
-1 çay qaşıgı duz
-1 xörək qaşıgı şəkər tozu
Hazırlanma qaydası:
Limon çubuğu, limon yarpağı, sarımsaq və soğan təmizlənərək doğranır, tavada qovrulur, sarıkök və acı bibər tomatı əlavə edilərək qarışdırılır. İspanaq yarpaqları və balıq doğranır, başqa tavada qovrulur, hazır olanda qazana tökülür, üzərinə yumurta, kokos kreminin yarısı, şəkər tozu, duz və balıq sousu əlavə edilərək qarışdırılır, 20 dəqiqə bişirilir. Yerdə qalan kokos kremi əlavə edilərək xırda döğranmış qırmızı acı bibərlə bəzədilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ədviyyatlı balıq bozartması" haqqında müzakirə