Göbələk və bibərli pizza

  • Müəllif: elnare
  • Tarix: 16 yanvar 2017
  • Baxış sayı: 1 486
  • 0 rəy

Göbələk və bibərli pizza
Lazım olan ərzaqlar:
Bitki yağı- 1çay qaşığı
Buğda unu- 250 qr
Quru maya- 1 ç.qaşığı
Bolqar bibəri- 1 ədəd
Ağ göbələk- 600 qr
Bərk pendir- 400 qr
Kərə yağı- 100 qr
Baş soğan- 2 ədəd
Sarımsaq- 1 diş
Keşniş xırdalanmış- 3 x. qaşığı
Zeytun çərdəksiz- 100 qr
Döyülmüş qara istiot- 100 qr
Duz zövqə görə
Hazırlanma qaydası:
Mayanı 120 ml isti suda həll edin, içinə duz tökülmüş un, bitki yağı əlavə edin və xəmiri yoğurun. Xəmirin gəlməsi üçün 1 saat isti yerə qoyun.
Içlik üçün göbələk və soğanı xırda–xırda doğrayın və kərə yağında 10-15 dəqiqə qovurun, duzlayın, istiot vurun.
Hazır xəmiri lavaş kimi açın və yağlanmış formaya qoyun, üzərinə göbələkli içliyi qoyun. Bibəri uzununa doğrayın.
Pizzanın üzərinə zeytunları yarı bölərək, bolqar bibəri və göyərti qoyun. Onların da üzərinə sürtgəcdən keçirilmiş pendir və xırdalanmış sarımsaq səpin. Pizzanı 220C-də bişirin.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Göbələk və bibərli pizza" haqqında müzakirə