Qaspaço şorbası
Lazım olan ərzaqlar:
Pomidor – 3 ədəd, xiyar
Bolqar bibəri – 2 ədəd
Sarımsaq – 2 diş
Üzüm sirkəsi – 1 xörək qaşığı
Zeytun yağı – 2 xörək qaşığı
Qaymaq (15%) – 100 ml
Tomat şirəsi – 400 ml
Cəfəri, reyhan, duz, istiot.
Hazırlanma qaydası:
Pomidorlar üzərində xaçvari kəsik aparıb qaynayan suya 30 saniyəyə salınıb çıxarılır və soyudulur. Onlarin qabığı soyulur və kubik şəklində doğranılır. Xiyar soyulur və halqavari doğranılır.
Bolqar bibəri uzununa kəsilir, içi təmzlənir. 2-3 dəqiqəlik qaynar suda isladılır, sonra soyudulur, qabığı soyulur və doğranılır.
Bütün xırdalanmış məhsullar dərin qaba tökülür və sarımsaq əlavə olunur, blender vasitəsilə püre vəziyyətinə gətirilir.
Alınmış kütləyə duz, istiot, üzüm sirkəsi, yağ əlavə edilir və hamısı qarışdırılır. Şorbaya tomat şirəsi əlavə edilərək 3-4 saat soyuq yerdə saxlanılır. Süfrəyə verməzdən əvvəl şorbaya qaymaq əlavə edilir, cəfəri və reyhanla bəzədilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qaspaço şorbası" haqqında müzakirə