Kəsmikli üçkünc peçenye

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 101
  • 0 rəy

KƏSMİKLİ ÜÇKÜNC PEÇENYE

Əgər uşaqlarınıza dadlı bir şey bişirmək istəyirsinizsə bu peçenyedən mütləq hazırlayın.
Peçenye üçün lazım olanlar:
– 200 qram kəsmik
– 100 qram kərə yağı
– 100 qram şəkər tozu
– 1 yumurta
– 1 çay qaşığı qabartma tozu
– 2,5 stəkan un
– 1 paket vanil

Hazırlanma qaydası:
Kərə yağı yumşaldılıb kəsmiklə qarışdırılır, üzərinə yumurta əlavə edilib yenə qarışdırılır ki, yaxşıca həll olsun. Sonra oraya vanilin, qabartma tozu, un əlavə edilib yumşaq xəmir yoğrulur. Xəmir özünə gəlsin deyə 20 dəqiqə gözləmək lazımdır. Sonra xəmiri yayıb stəkanla dairə şəklində doğramaq lazımdır. Doğranmış dairələrin içərisinə qənd tozu səpilib əvvəlcə ortadan 2 yerə , daha sonra şəkər tozu səpib yenidə ikiyə qatlamaq lazımdır.
Üzərinə yumurta sarısı çəkib 20 dəqidə ərzində bişirmək lazımdır.
NUŞ OLSUN!

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Kəsmikli üçkünc peçenye" haqqında müzakirə