SNİKERS

  • Müəllif: elnare
  • Tarix: 16 yanvar 2017
  • Baxış sayı: 2 466
  • 0 rəy

 SNİKERS.
Tərkibindəkilər:
Birinci qat üçün lazım olanlar:
*200 qram südlü sokolad
*50 qram iris konfet
*50 qram kərə yağı
ikinci qat üçün lazım olanlar:
*100 qram kərə yağı
*1 stəkan şəkər tozu
*1/4 stəkan qatılaşdırılmış süd
*1,5 stəkan krem-zefir
*50 qram yerfındığı yağı
*1 çay qaşığı vanil
*1,5 stəkan doğranmış duzlu yerfındığı
Üçüncü qat üçün lazım olanlar:
*400 qram iris konfet
*1/4 stəkan qaymaq
Dördüncü qat üçün lazım olanlar:
*200 qram südlü sokolad
*50 qram iris konfet
*50 qram kərə yağı
Zefir kremi üçün lazım olanlar:
*3 yumurtanın ağı
*2 xörək qaşığı mürəbbə məti
*3 xörək qaşığı şəkər tozu
*1/4 stəkan su
*1 çay qaşığı jelatin
*1/4 çay qaşığı duz
Hazırlanma qaydası:
1. Birinci qatı hazırlamaq üçün zəif odun üzərində sokolad, iris konfet və yağ əridilib, bir kütlə halına gələnədək qarışdırılır. 22,5 – 32,5 ölçüdə tavanın dibi yağlanıb alınan kütlə bıçaq vasitəsilə oraya yayılır və soyuducuya qoyulur.
2. Zefir kremini hazırlamaq üçün jelatın suda həll edilib qarışdırılıər, 40-50 dəqiqə saxlanılır. Mürəbbə məti və şəkər tozu zəif odda 7 dəqiqə bişirilib qarışdırılır. Sonra həll olmuş jelatin onun üzərinə əlavə olunur. Kənarda yumurtanın ağı ilə duz qarışdırıb kutlənin üzərinə tökülür, dayanmadan qarışdırılır. Sonra üzəri örtülüb suyuducuya qoyulur.
3. İkinci qatı hazırlamaq üçün orta ölçülü tayaya yağ tökülüb vam xodda yunşaldılır, üzərinə şəkər tozu və qatılaşdırılmış süd əlavə edilib bişirilir. Kütlə qarışdırılaraq 5 dəqiqə qaynadılır. Sonra odun üstündən götürürərək yerfındığı yağı və vanil əlavə olunur, içərisinə qoz tökülür.
4. Üçüncü qatı hazırlamaq üçün qaymağın içərisinə iris konfetləri töküb orta ölçülü tavada vam odda qarışdıra – qarışdıra bişirilir. Karamel hazır olduqda odun üstündən götürülüb ikinci qatın üstünə tökülür və bıçaqla hər tərəfinə eyni ölçüdə yayılır və soyuducuya qoyulur.
5. Dördsüncü qatı hazırlamaq üçün orta ölçülü tavaya şokolad, iris konfet və yağ tökülüb zəif xodda eyni tərkibli kütlə alınana kimi qarışdırılır. Sonra üçüncü qatın üstünə tökülüb eyni ölçüdə yayılır. Ən az 1 saat soyuducuda saxlanılıb kvadrat şəklində doğranılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"SNİKERS" haqqında müzakirə