Toyuqlu qarğıdalı qarışımlı çin şorbası
Lazım olanlar:
– 200 qram konserv qarğıdalı
– 200 qram toyuq budu
– 3 xörək qaşığı qarğıdalı nişastası
– 2 xörək qaşığı kartof nişastası
– 1 orta ölçüdə yerkökü
– 1 yumurta ağı
– 1-2 çay qaşığı zəncəfil
– acı bibər
– duz
– toyuq bulyonu.
Toyuq budları kiçik parçalara bölünür. Doğranmış tikələr kərə yağında zəif qızardılır. Kənarda içərsinə zəncəfil salınmış, dadlandırılmış su ətin üzərinə tökülür və qarğıdalı, halqa şəklində doğranmış yerkökü əlavə edilir. Su qaynamağa başladıqda kənarda soyuq suda həll olmuş qarğıdalı və kartof nişastası suya tökülüb dayanmadan qarışdırılır. Yumurtanın ağı yavaşca qaynayan şorbaya əlavə olunub, yenidən qarışdırılır.
Yumurtalar qarışdırıldıqca bişir, bişdikcə nazik sap şəklinə düşür. Ən sonda duz əlavə edilib, acı bibər doğranır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Toyuqlu tərəvəz salatı
15 yanvar 2017
Sobada toyuqlu makaron
15 yanvar 2017
Toyuq və pendirli yaşıl salat
15 yanvar 2017
Rəngli bibər salatı
15 yanvar 2017
Krevet şorbası
16 yanvar 2017
“Krupenka” şorbası
16 yanvar 2017
Konservləşmiş ət və qarğıdalı salatı
23 yanvar 2017
Pratik kumpir
22 yanvar 2017
"Toyuqlu qarğıdalı qarışımlı çin şorbası" haqqında müzakirə