Yeni il salatları - Dil və göbələk salatı

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 3 603
  • 0 rəy

Yeni il salatları
Dil və göbələk salatı
Lazım olanlar
* 200 qram şampinyon göbələyi
* 200 qram mal dili
* 1-2 ədəd baş soğan
* 1 ədəd qırmızı şirin bibər
* 4 ədəd turşu xiyar
* 2 ədəd yumurta
* duru yağ
* duz,istiot
* mayonez
Göbələklər təmizlənir və duru yağda yumşalana qədər qızardılır.Bibər və soğan nazik və uzun şəkildə doğranır,üzərinə duz və istiot əlavə edilir,göbələklərə qatılır.Qısa bir müddət ərzində birlikdə qovrulur.Soyuduqdan sonra soyutma yumurtalar sürtkəcin iri gözündən keçirilib bişmiş tərəvəzlərin üstünə əlavə edilir.Dil bişirilir,nazik və uzunsov doğranır,tərəvəzlərə qatılır və mayonez,duz əlavə edilib qarışdırılır.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Yeni il salatları - Dil və göbələk salatı" haqqında müzakirə