Qışa tədarük – Duza qoyulmuş xiyar
Lazım olanlar:
– təzə, körpə xiyar
– bir neçə diş sarımsaq
– 3-4 dəfnə yarpağı
– 1 ədəd acı bibər
– toxumluq şüyüd
– kərəviz
– 1 xörək qaşığı üksus
– 3 xörək qaşığı duz.
Xiyarlar yuyulur, təmiz balonun içərisinə yığılır, arasına dəfnə yarpağı, sarımsaq, acı bibər və ən üstə şüyüd və kərəviz əlavə edilir. Xiyarları balona yığan zaman, balonun ağzından bir qədər məsafə saxlamaq lazımdır ki, xiyar suyunu çıxardıqda balondan su axıb tökülməsin. Ən sonda duz və 1 xörək qaşığı uksus əlavə edilib soyuq (xlorsuz) su tökülür. Balonun ağzı kapron və ya burma qapaqla bağlanır.
Turşular sərin yerdə saxlanılmalıdır.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Qışa tədarük – Marinadlaşmış xiyar
15 yanvar 2017
Qışa tədarük – Bolqarsayağı pomidor-xiyar turşusu
15 yanvar 2017
Qışa tədarük – Dadlı pomidor salatı
15 yanvar 2017
Qışa tədarük – Marinadlaşdırılmış xiyar turşusu
15 yanvar 2017
Lavaşda ərəb şaurması
15 yanvar 2017
Qışa tədarük – Yaşıl bibərli leço
15 yanvar 2017
Xırçıldayan "Yeni il salatı"
22 yanvar 2017
Vegeterian şaurma
15 yanvar 2017
"Qışa tədarük – Duza qoyulmuş xiyar" haqqında müzakirə