Qışa tədarük – Pomidorun müxtəlif üsullarla qışa saxlanılması

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 439
  • 0 rəy

Qışa tədarük – Pomidorun müxtəlif üsullarla qışa saxlanılması
1. Tam yetişmiş, sağlam pomidorların qabığı soyulur. Bunun üçün pomidorların üstünə əvvəlcədən qaynaq su töküb 20 dəqiqə saxlamaq lazımdır. Soyulmuş pomidorlar 1 litrlik bankalara yığılıb üzərinə 1 xörək qaşığı duz tökülür. Bankanın qapağı örtülüb qaynar suda 15-20 dəqiqə sterlizsiya olunur.
2. Pomidor və qırmızı bibər eyni miqdarda götürülüb yuyulub təmizlənir. Ət maşınından keçirilib dərin və qalın qazanda bişirilib bankalara doldurulur. Ehtiyat tədbirləri məqsədilə 5-10 dəqiqə sterlizasiya olunur.
3. Pomidorun qabığı soyulur, parça şəklində doğranır. Soğan təmizlənir, halqa şəklində qalın tavada duz əlavə edilib bişirilir. Bolqar bibəri də təmizlənir, halqa şəklində doğranıb duz səpilir, qalın tavada 10-15 dəqiqə bişirilir. Sonra soğan və bibər pomidora qatılıb yenidən bişməyə qoyulur. Qarışım öz suyunu tamamilə çəkənə qədər qaynadılır və tez-tez qarışdırılır ki, dibi yapışmasın. Sona yaxın bütov 1 acı bibər xırda doğranıb qarışıma əlavə edilir və zövqə görə duz əlavə olunur. Bu salatı hazırlamaq üçün 5 kq pomidora 2 kq soğan və 2 kq bolqar bibəri lazım olur.
4. Pomidorlar yuyulub qurudulur, əvvəlcədən sterlizasiya edilmiş balona yığılır. Balona 3 dənə yarpağı, 3 diş sarımsaq, 1 acı bibər, şüyüd toxumu və 2 xörək qaşığı duz əlavə edilir. Balona yenicə qaynamış su tökülür və 15 dəqiqə müddətində qaynadılır. Balonu qaynar sudan çıxarandan sonra 1 xörək qaşığı uksus əlavə edilib ağzı kip bağlanır.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qışa tədarük – Pomidorun müxtəlif üsullarla qışa saxlanılması" haqqında müzakirə