Qışa tədarük – Marinadlaşmış xiyar

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 477
  • 0 rəy

Qışa tədarük – Marinadlaşmış xiyar.
Lazım olanlar:
– təzə, körpə ağ xiyarlar
– bir-neçə dəfnə yarpağı
– bir-neçə diş sarımsaq
– 1 ədəd acı bibər
– şüyüd
– 1 xörək qaşığı uksus
– 1 xörək qaşığı şəkər tozu
– 2,5 qaşıq duz.
Xiyarlar yuyulub qurudulur, sterlizasiya olunmuş balona yığılır. Uksusdan başqa bütün ərzaqlar balona yığıldıqdan sonra yenicə qaynamış xlorsuz su əlave edilib, 7-8 dəqiqə müddətində sterlizasiya olunur. Balonu qaynar sudan çıxartdıqda 1 qaşıq uksus əlsvə edilib ağzı kip bağlanır.
Turşular sərin yerdə saxlanılmalıdır.
Nuş olsun!
Həkimlər haqqında filmlər və seriallar
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qışa tədarük – Marinadlaşmış xiyar" haqqında müzakirə