Sedasiya nədir?

  • Müəllif: elnare
  • Tarix: 31 oktyabr 2026
  • Baxış sayı: 5
  • 0 rəy

Sedasiya nədir? Növləri, diş müalicəsində tətbiqi və təhlükəsizliyi

Sedasiya tibbi prosedurların tətbiqi üçün müasir dövrdə çox geniş istifadə olunan bir üsuldur. Bəs sedasiya nədir və hansı növləri var? Bu barədə "RealDent" klinikasının rəhbəri tanınmış ortodont İqbal Süleymanov bizə ətraflı məlumat verir.

Sedasiya – xüsusi dərman vasitələrinin köməyi ilə pasiyentin sakit, rahat və stressiz vəziyyətə gətirilməsidir. Bu üsul həkim-reanimatoloq/anestezioloq nəzarəti altında icra olunur. Yüngül sedasiya zamanı pasiyent tam şüursuz olmur (dərin formalar istisna olmaqla), təşviş və qorxu hissi ortadan qalxır, prosedura qarşı rahatlıq yaranır.

Xüsusilə diş müalicəsindən qorxan (dentofobiya), uzunmüddətli prosedur tələb olunan pasiyentlər və uşaqlar üçün sedasiya müasir və komfortlu bir həlldir.

Sedasiyanın Dərəcələri və Tətbiq Olunan Vasitələr

Pasiyentin ehtiyacına və müalicənin həcminə uyğun olaraq sedasiya 3 əsas səviyyədə tətbiq edilir:

1. Minimal (Səthi) Sedasiya

Xüsusiyyəti: Pasiyent oyaq olur, hər şeyi anlayır və həkimin şifahi göstərişlərinə rahat cavab verir. Sadəcə gərginlik və həyəcan aradan qalxır.

İstifadə olunan vasitə: Şənləndirici qaz kimi tanınan Azot protoksid (N2O) / Oksigen qarışığı. Nəfəs yolu (maska) ilə verilir, təsiri tez başlayır və prosedur bitən kimi bədəndən sürətlə xaric olur.

2. Orta Sedasiya (Şüurlu Sedasiya)

Xüsusiyyəti: Şüurun yüngül dərəcədə tormozlanması hesabına pasiyent yüngül yuxu halında olur, şifahi müraciətlərə və ya yüngül toxunuşa cavab verə bilir. Xəstə əməliyyat otağında baş verənləri tam və ya qismən xatırlamaya bilər. Bununla belə, öz tənəffüsü saxlanılaraq, anestezioloq nəzarəti altında prosedur davam etdirilir.

İstifadə olunan vasitələr: Vena daxilinə yeridilən yüngül doza sedativ/anestetik preparatlar (Midazolam, Propofol)

3. Dərin Sedasiya

Xüsusiyyəti: Pasiyent dərin yuxuda olur, heç bir fiziki təsiri hiss etmir, müalicə prosesini xatırlamır.

İstifadə olunan preparatlar:

Propofol venadaxili yeridildikdən 20-30 saniyə sonra beyinə çataraq mərkəzi sinir sisteminin fəaliyyətini tormozlayır, xəstəni sürətli, dərin və idarəolunan yuxu rejiminə keçirir.

Sevofluran (inhalyasion anestetik): Bu preparat flakonda məhz maye halında olur. Anesteziya aparatının xüsusi buxarlandırıcı (vaporizator) qurğusu vasitəsilə hava axını ilə qarışaraq buxarlanır — yəni maye halından qaz formasına keçir və xəstəyə nəfəs yolu ilə verilir. Xüsusilə uşaqlarda və ya uzun müddətli prosedurlarda üstünlük verilir.

Prosedur boyunca anesteziyanın uyğun səviyyədə olmasını, orqan və sistemlərin işini, pasiyentin təhlükəsizliyini, yarana biləcək hər hansı fəsadın və qəfil dəyişikliyin qarşısını almaq üçün anestezioloji komanda xəstənin həyati göstəricilərini (ürək fəaliyyəti, qan təzyiqi, qanda oksigen səviyyəsi, tənəffüs kapnoqrafiyası) fasiləsiz olaraq diqqətlə izləyir. 

Sedasiyanın riskləri nələrdir?

 Təcrübəli həkim-anestezioloq nəzarəti altında aparılan sedasiya yüksək təhlükəsizlik profilinə malikdir. Bununla belə, prosedur sonrası aşağıdakılar müşahidə edilə bilər:

Çətin oyanma və mürgüləmə: Uşaqda bir müddət dərin yuxululuq hissi davam edə bilər.

Mədə narahatlığı: Anesteziyadan sonra ürəkbulanma və qusma halları müşahidə oluna bilər.

Orqanizmin gözlənilməz reaksiyası: İstifadə edilən sakitləşdirici preparatlara qarşı fərdi həssaslıq yaranması mümkündür.

Hər hansı ağırlaşmaya qarşı təcili tədbirlərin görülməsi üçün tələb olunan ləvazimat, avadanlıq və ələlxüsus, təcrübəli və etibarlı anestiezioloji komandanın hər zaman hazır olması sedasiyanın təhlükəsiz aparılması üçün zəmin yaradır.

Həkimin tövsiyələri və təhlükəsizlik qaydaları

Prosedurun uğurlu keçməsi və uşağın tez bərpa olunması üçün nəzərə alınmalı vacib məqamlar:

Müayinəyə qədərki hazırlıq:

Həkimin təyin etdiyi acqalma və maye məhdudiyyəti rejiminə (8 saat qidalanma və 3 saat maye) dəqiq riayət olunmalıdır.

Uşağın keçirdiyi xəstəliklər, mövcud allergiyalar və xroniki problemlər barədə mütəxəssis öncədən məlumatlandırılmalıdır.

Prosedur günü uşaq tam sağlam olmalıdır (qızdırma, öskürək və ya soyuqdəymə əlamətləri olmamalıdır).

Bərpa mərhələsində diqqət edilənlər:

Müayinədən dərhal sonra görünən halsızlıq və yuxulu hal təbii qəbul edilməlidir.

Gün ərzində fiziki aktivlik, hərəkətli oyunlar və digər diqqət tələb edən məşğuliyyətlər məhdudlaşdırılmalıdır.

İlk 2 saat ərzində yalnız su, sonra isə günün sonuna kimi yumşaq, duru və yüngül yeməklərə üstünlük verilməlidir.

Həkimin bütün təlimatlarına uyğun davranıldıqda pasiyent qısa müddətdə əvvəlki gümrahlığına qayıdır.

Sedasiyanın bədəndən tamami ilə təmizlənməsi nə qədər çəkir?

  

1-2 saat ərzində əhəmiyyətli dərəcədə azalır, lakin dərmanların bədəndən tamamilə təmizlənməsi və reflekslərin tam bərpası 24 saat çəkir.

Sedasiya ağrını aradan qaldırırmı?

Sedasiya, əsasən, pasiyentin həyəcanını, qorxusunu və narahatlığını aradan qaldırmaq üçündür. Ağrısız bir müalicə prosesi üçün isə sedasiya ilə yanaşı yerli (lokal) anesteziya da tətbiq edilir. Bu iki üsul birlikdə istifadə olunduqda müalicə tamamilə ağrısız və komfortlu keçir.RealDent Klinikasında Sedasiya ilə Müalicə

Sedasiya və digər prosedurlar mütləq sertifikatlı klinikalarda və peşəkar həkimlər tərəfindən tətbiq edilməlidir. Məsələn, "RealDent" klinikası Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş İSN/L-311/2016 nömrəli rəsmi lisenziyaya və anesteziologiya daxil olmaqla 5 əsas tibbi sahə üzrə sertifikatlara malikdir. Bundan əlavə, "RealDent" klinikasında sedasiyadan əvvəl anestezioloqun rəyi mühüm əhəmiyyət daşıyır və yalnız bundan sonra müalicəyə başlanılır. 

RealDent-də sedasiya ilə müalicə üçün necə qeydiyyatdan keçmək olar?

Məsləhətləşmə (konsultasiya) təyin edin: Klinikamıza müraciət edərkən sedasiya ilə müalicə almaq istədiyinizi qeyd edin.

Həkim müayinəsi və qiymətləndirmə: Həkim-stomatoloqumuz müayinə aparacaq və tibbi tarixçənizi nəzərdən keçirəcək.

Fərdi planlama: Müayinənin nəticələrinə əsasən, sedasiyanın sizin üçün uyğun olub-olmadığı müəyyənləşdiriləcək və sizə ən münasib variant təklif olun




acaq.


Həkimlər haqqında filmlər və seriallar
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sedasiya nədir?" haqqında müzakirə