Nərə balığı (Ağ balıq)

  • Müəllif: admin2
  • Tarix: 3 may 2018
  • Baxış sayı: 691
  • 0 rəy
Nərə balığı(Ağ balıq) nərəkimilər fəsiləsinə aiddir. Dünya sularında olan nərə balıqlarının 80%-i Xəzər dənizinin sularında yaşayır. Nərəkimilər fəsiləsinə aid olan balıqlar digər balıqlardan iynəşəkilli bədənləri və sivri burnlarına görə fərqlənirlər. Onların uzunsov burunları, hərəkətli və dişsiz ağızları olur. Onların üzgəcləri qalınlaşmış və tikana çevrilmişdir. Tikanlaşmış bel uzgəcləri isə nərə balıqlarının quyruqlarına tərəf yönəlmişdir. Dişi nərə balığı ən yaxşı kürü verən balıq kimi dünyada şöhrət tapmışdır. Nərə balıqlarının bir çox növləri var. Bu balığın əti ən qiymətli balıq ətlərindəndir. Nərə balığı molyusklarla, xırda dəniz heyvanları ilə, suda olan balıq yumurtaları və həşəratlarla qidalanırlar. Nərə balığının uzunluğu 1-2, bəzi növlərində 3 metrə, çəkisi isə 50-80-200 kiloqrama qədər ola bilir. Nərə balığı adı Qırmızı kitaba düşən balıqlardandır. Nərə balığının əti sümüksüz və çox dadlıdır.
Nərə balığının faydalı xüsusiyyətləri
Nərə balığı tərkibində olan faydalı maddələrə görə dünyada balıqlar arasına birinci yerdə durur. Onun tərkibi nartium, fosfor, kalium, kalsium, maqnium, dəmir, xlor, ftor, xrom, molibden, nikel, yod və bir çox minerallarla zəngindir. Nərə balığının əti C, PP, B1, B2 vitaminləri ilə zəngindir. Ətin tərkibində olan yağ turşuları qanda xolesterinin miqdarını azaldır. Davamlı olaraq nərə balığı yemək infarkt riskinin aradan qalxmasına səbəb olur. Bu balığın kürüsü arterial təzyiqi aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır.
Nərə balığının zərərli xüsusiyyətləri
Nərə balığı yemək çəkinin artmasına səbəb ola bilir. Şəkərli diabet xəstəliyindən və artıq çəkidən əziyyət çəkənlərə nərə balığı yemək tövsiyə edilmir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Nərə balığı (Ağ balıq)" haqqında müzakirə

Rəy əlavə et

Şifrə görsənmirsə yenilə