Gavalı qurusunun faydaları
Gavalı gülkimilər fəsiləsinə aid olan gavalı ağacının meyvəsidir. Onun həm təzə, həm də qurudulmuş halından geniş istifadə edilir.
Bir çox Asiya ölkələrində, Şimali Qafqazda, Moldaviyada, İranda, Türkiyədə gavalının yetişdirilməsi və qurudulması ilə məşğul olurlar. Ondan müxtəlif qidaların hazırlanması zamanı istifadə olunur.
Gavalını qurutmaq üçün əsasən onun itlayan-macar növündən istifadə olunur. Gavalının bu növünün tərkibində şəkərin miqdarı çox olur. Bu gavalının lətli hissəsi qalın olduğuna görə qurudulduğunda daha yaxşı olur. İtalyan –macar növə mənsub gavalı termiki fermentləmədən sonra da öz keyfiyyətini qoruyub saxlaya bilir.
100 qram qara gavalının tərkibi:
- Zülallar – 2,3 qr
- Yağlar – 0,7 qr
- Karbohidratlar – 57 qr
- Su – 25 qr
- Kalori – 339 kKal.
Quru gavalının tərkibi E, PP, C, B qrup vitaminləri, beta karotin, mikroelementlərlə(dəmir, kalium, kalsium, natrium, maqnium, fosfor, kolbat, sink, ftor və s.), zülalllarla, nişasta və orqanik turşularla zəngindir. Quru gavalının tərkibində olan alma, limon, əvəlik və salisil turşuları var. Bu turşuların tərkibi damar divarlarının möhkəmlənməsinə səbəb olur, ürək-damar xəstəliklərinin baş verməsinin qarşısını alır. Quru gavalının tonuslandırıcı təsiri var. Quru gavalıdan böyrək daşı xəstəliyi, qəbizlik və s. zamanı istifadə edilir. O maddələr mübadiləsini yaxşılaşdırır, sinir impulslarının ötürülməsimi sürətləndirir, orqanizmin ümumi vəziyyətini yaxşılaşdırır. Quru gavalı dəri rənginin yaxşılaşmasına səbəb olur. Quru gavalı orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparmaq qabiliyyətinə malikdir. O arterial təzyiqi normallaşdırır, sinir sisteminə təsir edir. Mütəxəssislər yüksək təzyiqi olan xəstələrə hər gün quru gavalı yeməyi məsləhət bilirlər. Quru gavalı yemək mədənin sekresiya vəzilərinin işini sürətləndirir, qəbizliyi aradan qaldırır. Quru gavalıdan yeməklərin, salatların, kompotların hazırlanması məqsədilə istifadə edilir. O ət və ət məhsullarından hazırlanmış qidaların dadlandırılması üçün işlədilir. Quru gavalını əldə etmək üçün gavalını yuyub, 2-5 dəqiqə qaynar suya salıb saxlamaq və qızmar günün altında qurutmaq lazımdır. Ən keyfiyyətli quru gavalı əldə eləmək üçün onu tumlu halda qurutmaq lazımdır.
Quru gavalının zərərli xüsusiyyətləri
Tərkibində şəkərin miqdarının çox olduğuna görə piylənmədən və şəkərli diabetdən əziyyət çəıkənlərə quru gavalıdan çox istifadə eləmək məsləhət görülmür. Süd əmizdirən analara da quru gavalı yeyərkən diqqətli olmaq məsləhət görülür. Bu uşaqlarda allergiyaya səbəb ola bilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Gavalı qurusunun faydaları" haqqında müzakirə