Uzvar içkisinin faydaları

  • Müəllif: elnare
  • Tarix: 15 may 2018
  • Baxış sayı: 1 528
  • 0 rəy

Uzvar quru meyvə, giləmeyvə və baldan hazırlanan alkoholsuz içkidir. Uzvar Ukraynanın milli içkisi hesab olunur. İçkinin adı onun hazırlanma texnologiyasına uyğun olaraq adlandırılmışdır. Bunun səbəbi isə ən çox Ukrayna bölgəsində yaşayanların bu içkidən istifadə etməsidir. Uzvarın hazırlanmasında qurudulmuş gavalı, ərik, alma, armud, albalı, kişmiş, zirinc, yemişan, böyrütkən, moruq, itburnu və s. meyvələrdən istifadə edilir. Onu hazırlamaq üçün istifadə edilən meyvə və ya giləmeyvələri quru halda satış məntəqələrindən almaq mümkündür. Uzvarun hazırlanması zamanı istifadə edilən məhsullar təmizləndikdən sonra onu dəmləmək və ya qaynatmaqla içki əldə etmək mümkündür. Ən dadlı uzvar isə dəmləmə yolu ilə əldə ediləndir. Bu içki ukraynalıların süfrəsini bayram günlərində bəzəyən 12 qidadan biridir. Bu ölkənin adamları yeni ili uzvarla qarşılamağı xoşlayırlar. Qərbi Ukraynada isə uşağın dünyaya gəlişini uzvarla qeyd edirlər. Onlar dünyaya gəlişi uzvarla qeyd edilən uşağın böyüyəndə xoşbəxt olacağına inanırlar.
Ən klassik uzvar aşağıdakı qaydada hazırlanır:
3 litr suya 200 qram quru alma, 200 qram quru armud, 100 qram quru qara gavalı, 100 qram quru albalı, zövqə görə şəkər tozu və ya bal əlavə edilir. Meyvələr əvvəlcədən 1-2 saat suda saxlanılmalıdır.
Quru meyvələr və şəkər əlavə edilmiş su qaynamağa qoyulur və 1-2 dəqiqə qaynadılır. Sonra qazan odun üstündən götürülür və qapağı kip örtülür. Qazan istü dəsmala bükülür və dəmlənməyə qoyulur. Şəkər və bal uzvara soyuduqdan sonra əlavə edilir. Bu içkinin orqanizm üçün daha da faydalı olmasına səbəb olur. Bəzən bu içkiyə darçın, limon, portağal və digər sitrus meyvələri də əlavə edilir. Bu qida əlavələri uzvarun dadını maksimum gözəl həddə çatdırır. İçkinin dadının tam olması üçün onu ən azı 2-3 saat dəmləmək lazımdır. Uzvar soyuq halda qəbul edilən içkilərdəndir.
Uzvarun faydalı xüsusiyyətləri
Uzvar vitamin və mineraıllarla zəngin bir içkidir. O orqanizmə cavanlıq, sağlamlıq və gözəllik bəxş edir. Uzvar orqanizmə müalicəvi və iltihab əleyhinə təsir göstərir. Uzvar ürək-damar, əsəb, mədə-bağırsaq və sidik sistemi xəstəlikləri zamanı çox faydalıdır. O bütün orqanların fəaliyyətinə müsbət təsir göstərir.
Uzvarın hazırlanması zamanı istifadə edilən quru meyvələrin tərkibində olan faydalı maddələr orqanizmə öz təsirini qısa bir zamanda göstərir. Onun tərkibində olan A, C, PP, B1, B2 vitaminləri, enerji, fruktoza beyinin fəaliyyətini artırır, orqanizmdən ağır metal toksinlərinin və şlakların xaic olunmasını sürətləndirir. Uzvarın tərkibində olan pektin və bromelayn piy toxumasının fəaliyyətini sürətləndirməklə onların yanmasına səbəb olur. Tərkibində kişmiş olan uzvar qalxanabənzər vəzin fəaliyyətini yaxşılaşdırır, osteoporozun profilaktikasında böyük rol oynayır. O sinir və tənəffüs sisteminin fəaliyyətinə müsbət təsir edir. Onun tərkibində olan şəkər və fruktoza orqanizm tərəfindən asan sorulur.
Tərkibində qara gavalı qurusu olan uzvarda C, PP, A, B qrup vitaminləri, dəmir, sink, mis, yod, maqnium və s. var. Bu uzvar bağırsaq fəaliyyətini sürətləndirməklə orqanizmdən xolesterinin, toksinlərin xaric olmasına səbəb olur. Tərkibində qaysı olan uzvar kalium və maqniumla zəngindir. O qan azlığından, anemiyadan və hipertoniyadan əziyyət çəkənlər üçün çox faydalıdır.
Uzvarun zərərli xüsusiyyətləri
Uzvardan istifadə etməyin orqanizm üçün heç bir zərəri yoxdur. Onun tərkibində olan meyvələrə qarşı allergiyası olanlara uzvar içərkən diqqətli olmaq tövsiyə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uzvar içkisinin faydaları" haqqında müzakirə