Gavalı

  • Müəllif: elnare
  • Tarix: 27 mart 2018
  • Baxış sayı: 7 934
  • 0 rəy

Gavalı 5 metr hündürlüyünə qədər qalxa bilən ağacın meyvəsi olub, müxtəlif növlərə malikdir. Gavalı ağacının yarpaqları orta ölçüdə və sadə, kənarları xırda çıxıntılı olur, bəzən meyvəsinin növündən asılı olaraq ölçüləri bir az dəyişir. Gavalı ağacı çiçəkləyərkən bir çətirdən 2-6 ədəd çiçək açır və əksər hallarda bu çiçəklərin çoxu meyvəyə dönür. Gavalının çəyirdəyi iri və möhkəm olur.Gavalının vətəni Asiya öllkləri hesab edilir. 
Orta iqlim qurşağına malik ölkələrin əksəriyyətində gavalı ağacı yetişir. Onun meyvələrinin rəngi və ölçüsü növündən asılı olaraq dəyişir. Onun bəzi növləri ( ev gavalısı, terna gavalısı, ussuriya gavalı növü, hibridləşmiş çin-amerikan növü)daha çox yetişdirilir. Gavalının bu növlərini həyətyanı sahələrdə yetişdirilər, amma əksər növü yabanı şəkildə bitir. Gavalının tərkibində 9-17% saxaroza(fruktoza, qlükoza və saxaroza), B1, B2, A, C, P vitaminləri var.
Gavalı kalium,kalsium, maqnium və fosforla zəngin bir qidadır. Onun tərkibində az miqdarda bor, marqanes, sink,nikel, xrom var. Gavalı pektin maddəsi, azotlu birləşmələr, orqanik turşular(alma, limon və s.) və salisil turşusu ilə də zəngindir.Gavalı çəyirdəyinin ləpəsində 42% yağ, flavonoid və amin turşuları vardır ki, bu da badam ləpəsinin tərkibindəkilərlə eynidir. Gavalının qurusundan da geniş istifadə edilir və o ən çox fayda verən quru meyvələr siyahısına daxildir. Gavalıda trombları əridən, trombozu aradan qaldıran, koronar damarları genişləndirmək qabiliyyətinə malik olan kumarin maddəsi tapılıb.
Onun yarpaqlarının tərkibində C vitamini, karotin, skopoletin və fitonsidlər var.
Gavalı kökündən alınan qatranda ramnoza, ksiloza, arabinoza, qalaktoza aşkar edilib.
Gavalıdnan,kulinaroyada, tibbdə və kosmetologyada geniş istifadə edilir.
Tibbdə gavalıan iştah artıqmaq, bağırsaqların peristaltikasını yaxşılaşdırmaq, qəbizliyi aradan qaldırmaq və sidikqovucu məqsədlə istifadə edilir. Ondan hazırlanan kompot və kisel atereskleroz, böyrək xəstəlikləri, pevmatizm və podaqra xəstəliklərində çox faydalıdır. Gavalı yemək mədə bağırsağın motor funksiyasını yaxşılaşdırır, bağırsaqlardan xolesterinin sorulmasının qarşısını alır. Qan azlığından, qəbizlikdən və ürək-damar xəstəliklərindən əziyyət çəkənlərə mütəmadi olaraq gavalı yemək məsləhət görülür. Qəbizlikdən əziyyət çəkənlər qara gavalı qurusunu gecə boyu suda saxlayıb səhər yeməli və həmin suyu da içməlidirlər.
Ən çox da qara gavalının təzə və quru meyvəsi bağırsaq fəaliyyətinin yaxşılaşmasında böyük rol oynayır. Buna görə də bağırsaqların atoniyasında, xroniki qəbizlik zamanı xəstələrə acqarına az miqdar da olsa gavalı və ya onun qurusunu yemək məsləhət görülür. Qara gavalı orqanizmdən artıq xolesterinin xaric olunmasını sürətləndirir. O böyrək və arterial təzyiq xəstəliklərindən əziyyət çəkənlər üçün əla qida vasitəsi sayılır. Tərkibində olan kalium orqanizmdən artıq mayenin və duzların çıxarılmasına səbəb olur. 
Gavalı orqanizm tərəfindən asan sorulur. O mədə-bağırsağı təmizləyərək qanın tərkibinin yaxşılaşmasına səbəb olur. Gavalı ödqovucu və susuzluğu aradan qaldırmaq qabiliyyətinə malik olan bir meyvədir. Quru gavalı yüksək tempraturu aşağı salmaq qabiliyyətin malikdir. Qeyd etmək lazımdır ki, turş dada malik və tam yetişməyən gavalı haqqında isə yuxarıdakıları sadalamaq olmaz. Kal və turş gavalı oprqanizm üçün o qədər də faydalı hesab edilmir. 20 qram quru qara gavalı yarpağını 1 stəkan qaynar suda qaynadıb ağız boşluğunu yaxaladıqda stomatit əlamətləri aradan qalxır. Xırdalanmış təzə və ya qara gavalı yarpaqlarını yaraların üstünə tökdükdə yaralar tez bir zamanda sağalır. Kosmetologiya sahəsində qara gavalı maskası dərinin cavanlaşmasına səbəb olur. Bu məqsədlə qurumuş qara gavalını tam xırdalayıb, xama və yumurta ağı ilə qarışdıraraq üzə qoymaq lazımdır. Süd əmizdirən analara qara gavalı yemək məsləhət deyil. Bu uşaqda ishala və bağırsaq sancılarına səbəb ola bilir. Podaqra və revmatizm zamanı da həddindən çox gavalı şirəsi içmək tövsiyə edilmir. Bu artıq mayemini orqanizmdən çıxmasını ləngidir. Şəkərli diabet xəstələri də həddindən çox gavalı yedikdə və ya şirəsini içdikdə qanda şəkərin miqdarı arta bilir. Az yaşlı uşaqlara gavalı yedizdirərkən diqqətli olmaq lazımdır. Bu meyvəni çox yemək onlarda sancılara və ishala səbəb ola bilir. Mədə turşuluğunun çox olmasından əziyyət çəkənlər gavalı yeyərkən diqqətli olmalıdırlar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Gavalı" haqqında müzakirə