Qaymaq və onun insan orqanizminə faydaları

  • Müəllif: elnare
  • Tarix: 14 aprel 2018
  • Baxış sayı: 4 912
  • 0 rəy

Qaymaq südün üstünə yığılan yağlı hissəsidir. Südün qaymaq hissəsi qatı maye şəklində olduğu üçün onu süzmək çətin olur, qaymaq qaşıqla yığılır. Süd zavodlarında qaymaq əldə etmək üçün sentrafuqadan istifadə edilir. Yaxşı qidalanmış camış südünün 35%-ini qaymaq təşkil edir. Təbii südü bişirdikdən yarım saat sonra onun üst hissəsində nazik təbəqə əmələ gəlir. Bu proses qaymağın əmələgəlmə prosesidir. Qaymaq südün üst hissəsində onun yayıldığı bütün əhatəni tutur. Qaynamış süd soyuduqda onun tərkibində olan yağ hissəcikləri südün üzünə çıxmağa balşayır. Iri yağ damcıları kiçik yağ damcılarından fərqli olaraq südün üzərinə daha tez çıxır. Təbii yolla ev şəraitində qaymaq əldə eləmək üçün bişirilmiş südün ən azı 10-12 saat soyuq yerdə saxlanmılması lazımdır. Soyuq yerdə saxlanılmaqda məqsəd isə südün xarab olmamasına çalışmaqdır. Mütəxəssislər qaymaq əldə etmək üçün üstündə ən azı 1 sm qalınlığında qatı təbəqə əmələ gələnə qədər südü sakit vəziyyətdə saxlamağı məsləhət bilir.
Qida sənayesində təbii qaymağı əvəz edə bilən bitki tərkibli qaymaqlardan istifadə olunur. Bu qaymaq bitki tərkibli yağlardan alınır. Satışlarda olan qaymaqlar kakos, palma və palmakimilərin yağlarından alınır. Onların tərkibində süd zülalları, rəngləndsirici və təbii qaymaq ətri olur. Bu cür qağmağın tərkibinə stabilizatorlar, emulqatorlar, dadlandırıcılar və boyaq maddələri olur.
Qaymaq süd məhsullarındandır və onun 10-35%-i yağlardan ibarətdir. Onun tərkibinin əsas hissəsi yağlardan ibarətdir. O çox qidalandlıırıcı tərkibə malikdir və A, C, B1, B2, PP vitaminləri, kalium, fosfor, maqnium, xlor, dəmir, sink və s. zəngindir. Qaymağın tərkibi D vitamini, kalsium və fosforla zəngindir. Onun tərkibində olan kalsiumun miqdarı taxıl məhsulları, tərəvəz və digər qida məhsullarının tərkibində olan kalsiumun miqdarından yüksəkdir. Qaymağın tərkibində çoxlu miqdarda L triptofan vardır ki, bu yuxusuzluqla müabrizə aparmaqda insana yardım edir. Qaymaq yemək sinir sisteminin sakitləşməsinə səbəb olur. Bal, qaymaq və yerkökü şirəsinin qarışımı cinsi həvəsin artmasına səbəb olur. Yerkökü şirəsi və qaymaq qarışımı qaraciyəri təmizləyir və onun fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Qarışım bədəndəki şişkinliklərin azalmasına da səbəb olur.Qaymağın tərkibində olan lesitin damarlarda xolesterinin azalmasına səbəb olur. Onun tərkibində olan yağlar orqanizm tərəfindən asan sorulur və çox faydalıdır. Normal qaymağın tərkibinin 10%-i yağlardan ibarət olur. Bu qədər yağlılığı olan qaymaq orqanizmə yetərincə fayda verir. Yağlılığı çox olan qaymaq yemək isə pilənməyə və damar xəstəliklərinə səbəb ola bilir.
Ev şəraitində qaymaq əldə etmək üçün süd 100*-ə qədər sterlizasiya edilir şirli və enli qaba sərilir. Qaymağı yığmaq üçün isə ən azı 12 saat gözləmək lazım gəlir. Sterlizasiya olunmuş və qaymaqdan qalan südü isə müxtəlif məqsədlərlə istifadə eləmək və ya bir ay müddətində dondurucuda saxxlamaq mümkündür.
Qaymağın zərərli xüsusiyyətləri
Süd zülallarına qarşı allergiyası olanlara qaymaq yemək məsləhət görülmür.
Qanında xolesterinin miqdarı çox olanlara və ateresklerozdan əziyyət çəkənlərə çoxlu miqdarda qaymaq yemək məsləhət görülmür. Yüksək təzyiq, artıq çəki və qara ciyər patologiyalarından əziyyət çəkənlərə qaymaq yemək məsləhət görülmür. Həkimlər 2-3 yaşına qədər olan uşaqlara qaymaq yedirməyi məsləhət görmür, buna səbəb isə qaymağın uşaq orqanzimi tərəfindən çətin sorulmasıdır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qaymaq və onun insan orqanizminə faydaları" haqqında müzakirə