Onlarla xəstəliyin müalicəsində istifadə edilən yağ barədə məlumatınız varmı? Şam qozası yağı, onun müalicəvi və qidalandırıcı təsirləri

  • Müəllif: elnare
  • Tarix: 26 aprel 2017
  • Baxış sayı: 12 894
  • 0 rəy

Onlarla xəstəliyin müalicəsində istifadə edilən yağ barədə məlumatınız varmı?
Bu yağdan apteklərdə ucuz qiymətə satılır, amma onun nələrə qadir olduğundan insanlar xəbərsizdilər.
Şam qozası yağı, onun müalicəvi və qidalandırıcı təsirləri

Şam qozası yağı təbiətin insanlara bəxş etdiyi unikal və tayı-bərabəri olmayan yağdır. Bu yağın bənzərini süni surətdə hazırlamaq və onun tərkibinə yaxın olan yağ əldə eləmək qeyri-mümkündür.
Şam qozası yağı təbii yollarla əldə edilmiş kənd yağlarının sırasında birinci yerdə durur. Bu yağ orqanizmdən asanlıqla sorulur, oprqanizmi vitamin və minerallarla zəngin qidalandırır. Onun tərkibində olan vitamin və minerallar isə orqanizm tərəfindən qısa meddət ərzində sorulur.
Şam qozası yağının kaloriliyi mal və donuz yağının kaloriliyi qədərdir. Bu yağın tərkibidə olan E vitamini zeytun yağının tərkibində olan E vitaminindən 5 dəfə, kakos yağındakından isə 3 dəfə artıqdır.
Kakos yağının tərkibində olan PP vitamini və əvəzolunmaz yağ turşuları apteklərdə satılan balıq yağının tərkibindəki PP vitaminindən çoxdur. Şam qozası yağının tərkibində olan yağ turşularının miqdarı 4,1%, oleinin miqdar 35,8%, linolen və linoinin miqdarı isə balıq yağının tərkibindəkindən 2 dəfə artıqdır.  
Şam qozası yağının tərkibində olan linolen və lioninin orqanizm üçün ən faydalı maddələrdən biridir. Bu maddə qanda xolesterinin miqdarını aşağı salmaq qabiliyyətinə malikdir. Bu maddələrin orqanizmdə olması qan-damar xəstəliklərinin və respirator xəstəliklərin baş verməsinin qarşısını alır.
Rusiya Elmi Akademik Araşdırmalar İnstututu şam qozası yağının orqanizmdə aşağıdakı xəstəliklərin müalicsində faydalı olduöunu sübut etmişdir:
* laringit
* soyuqdəymə və qripp
* yuxarı tənəffüs yollarının respirator xəstəlikləri
* trofik yaralar
* mədə və oniki barmaq yarası 
* müxtəlif allerjik xəstəliklər

Şam qozası aşağıdakı müalicəvi xüsusiyyətlrə malikdir:
* ümumi müqavimət artırıcıdır
* xronilki yorğunluğu aradan qaldırmaq xüsusiyyətinə malikdir
* fiziki və zehni yorğunluğu aradan qaldırır
* dəri xəstəliklərinin sağaldır
* keçəlləşmənin qarşısını alır
* saçlardakı quruluğu aradan qaldırır
* klimakterik əlamətləri azaldır
* psixoemosional gərginliyi aradan qaldırır
* orqanizmin sağlamlaşmasını sürətləndirir
* orqanizmdən ağır metal duzlarının xaric olmasına səbəb olur
Şam qozası yağından ən keyfiyyətli kosmetik vasitələrin( krem, şampun,losyon, ətir, skrab, tualet suyu və s.) hazırlanmasında geniş istifadə edilir.
Şam ağacı yağının tərkibi aşağıdakılardan ibarətdir:
* əvəzolunmaz yağ turşuları
* fosfatid fosfor
* vitaminlər(E, B1, B2,B3, PP)
* mikroelementlər
* minerallar 

Xalq təbabətində şam qozası yağından mədə-bağırsaq sisteminin xəstəliklərində, bulbit, xroniki pankreatitdə, mədə yarasında geniş istifadə edilir. Xalq təbabətində venaların varikoz genəlməsi zamanı gündə 2 dəfə şam qozası yağını venaların üstünə sürtülür. Keçəlləşmə zamanı isə qəbul edilən qidaların üstünə şam qozası yağı töküb yemək lazımdır. Qeyd olunan xəstəliklərin müalicəsi zaman yağı gündə 1 qaşıqdan başlayaraq 3-4 qaşığa qədər artıqmaq lazımdır.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Onlarla xəstəliyin müalicəsində istifadə edilən yağ barədə məlumatınız varmı? Şam qozası yağı, onun müalicəvi və qidalandırıcı təsirləri" haqqında müzakirə