Zeytun yağının faydası

  • Müəllif: admin2
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 2 629
  • 0 rəy
Zeytun yağının faydası
Zeytun yağı yeganə yağdır ki,orqanizm tərəfindən tam mənimsənilir.
Bəs bu yağın orqanizm üçün hansı faydası vardır?
Birincisi,zeytun yağı ürək-damar xəstəliklərinin profilaktikasında əla təbii vasitədir.Onun tərkibində kompleks vitaminlər (A,D,E) və yağ turşuları vardır ki,qanda xolesterinin səviyyəsini azaldır.İkincisi,E vitamini və digər antioksidantlar orqanizmin qocalmasını ləngidir.Bu məqsədlə zeytun yağını həm içmək, həm də sürtmək olar.Üçüncüsü,bu yağ mədə və 12barmaq bağırsağın xora xəstəliyində faydalıdır,mədənin,bağırsaqların, mədəaltı vəzin və qara ciyərin fəaliyyətini yaxşılaşdırır.Zeytun yağı hətta bir neçə dəfə termiki emal prosesindən keçdikdən sonra da onun tərkibində kanserogen maddələr əmələ gəlmir.Dördüncüsü.o, işlədici vasitədir.Acqarına bir qurtum zeytun yağı içməklə qəbizliyi aradan qaldırmaq mümkündür.Beşincisi,bu yağ ödqovucu təsirə malikdir.Əgər öddaşı xəstəliyindən əziyyət çəkirsinizsə ,zeytun şirəsi həyatinizi yüngülləşdirəcək
Zeytun yağının bu dərəcədə müxtəlif olması onun daimi olmayan təkibindən,növündən,məhsul ilindən,regiondan,zeytunlarn yetişmə yerindən və yağ alma üsulundan asılıdır.Onun keyfiyyəti ilbəil dəyişir, lakin kimyəvi tərkibi dəyişməzdir.Zeytun yağı doymamış yağ turşuları və xüsusilə nadir essensial yağ turşuları ilə zəngindir.Onun tərkibində olan doymamış lipidlər də böyük rol oynayır.
Zeytun yağı urək-damar xətəliklərinin müalicəsində və profilaktikasında faydalı təsirə malikdir.Onun köməyi ilə qanda”lazımsız”xolesterinin səviyyəsini azaltmaq,”lazımlı”xolesterolun səviyyəsini artırmaq olar.Həmçinin zeytun yağı sərbəst radikalların oksidləşməsinin intensivliyini azaldır,arterial təzyiqi normallaşdırır,venaların elastikliyini artıraraq trombların əmələ gəlmə riskini azaldır.
Zeytun yağı hüceyrələrin membranlarını stabilləşdirir,qocalma prosesini ləngidir.
Amerika alimləri sübut etmişlər ki,1 xörək qaşığı zeytun yağı ilə süd vəzisi xərşəngi riskini 45% azaltmaq mümkündür.Bir şərtlə ki,digər yağların qəbulu dayandırılsın.
Yunan alimləri də bu sahədə maraqlı nəticələr əldə etmişlər:onların gəldikləri nəticəyə görə,hər gün 3 xörək qaşığı zeytun yağının qəbulu revmatik artrit xəstəliyinə tutulma riskini 2,5 dəfə azaldır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
loading...

"Zeytun yağının faydası" haqqında müzakirə