Üzüm çəyirdəyi yağı

  • Müəllif: elnare
  • Tarix: 25 aprel 2018
  • Baxış sayı: 3 320
  • 0 rəy

Üzüm çəyirdəklərindən alınan yağ unikal tərkibə və faydalı xüsusiyyətə malikdir. Qədin zamanlardan üzüm çəyirdəyi yağından qida və kosmetik vasitə kimi istifadə edilib. Bu yağın qədim dövrlərdə isitifadə edilməsinə dair arxeoloji qazıntılar zamanı sübutlara rast gəlinib. Misirdə və Qədim Yunanıstanda aparılan arxeoloji qazıntılar zamanı qəbirlərdə üzüm çəyirdəyinə və ondan alınan yağ qalıqlarına rast gəlinib. Ondan İtaliya və Fransada kosmetologiya sahəsində daha çox istifadə edilir. O saçları parıldatmaq üçün istifadə edilən vasitələrə əlavə edilir.
Üzüm çəyirdəyi yağından xalq təbabətində də istifadə olunur. Üzüm çəyirdəyi yağından sabunların bişirilməsi, kremlərin və dırnaq boyalarının hazırlanması zamanı istifadə olunur. Üzüm çəyirdəyi yağının alınması ilə ən çox Fransa, İspaniya, Argentina və İtaliya üzümçüləri məşğul olurlar. Indi iki üsulla üzüm çəyirdəyi yağı əldə olunur. Bunlardan biri soyuq üsulla(sıxma yolu ilə), digəri isə qaynar üsulla(ekstraksiya yolu ilə) tətbiq olunur. Soyuq üsulla üzüm çəyirdəyi yağı əldə edildiyi zaman yağın tərkibində olan vitamin, mineral və elementlərin miqdarı dəyişməz olaraq qalır.
Qida sənayesində üzüm çəyirdəyi yağından ətlərin, balıqların və tərəvəzlərin qızardılmasında geniş istifadə edilir. Onu şorbalara və kartof püresinə də əlavə eləmək olur. 100 qram üzüm çəyirdəyi yağının tərkibində 884 kKalori var.
Faydalı tərkibi
Üzüm çəyirdəyi yağının qidalılıq dəyəri çox yüksəkdir. Ondan istifadə eləmək bir çox xəstəliklərin baş verməsinin qarşısını alır. Bu yağın tərkibində çoxlu miqdarda makro və mikro elementlər, doymamış yağ turşuları, vitaminlər, flavonoidlər, qətran maddəsi, fitosterol, fitonsidlər, enzimlər, xorofillər var. Üzüm çəyirdəyi yağının tərkibində Omeqa6 yağı var. Bu yağın demək olar ki, 60%-ini təşkil edir. Yerdə qalan 30% isə Omeqa9, Omeqa3 və palmit yağının payına düşür. Üzüm çəyirdəyi yağının antioksidant təsiri çox böyükdür. Buna səbəb isə onun tərkibində A, C və A vitaminlərinin çoxlu miqdarda olmasıdır. Bu yağ orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparır, iltihab, şiş və skleroz əleyhinə təsir göstərir. Tərkibində olan bioloji aktiv maddələr qadın hormonlarının( estreadiol) artmasına səbəb olur. Üzüm çəyirdəyi yağı qara ciyər funksiyasının yaxşılaşmaslına səbəb olur, qan və limfa sisteminin mikrosirkulyasiyasını yaxşılaşdırır, kollagenlərin artmasına səbəb olur.
Müalicəvi faydaları
Tərkibində orqanizm üçün faydalı maddələrin olmasına görə bu yağdan bir çox xəstəliklərin müalicə və profilaktikaslnda istifadə olunur. Üzüm çəyirdəyi yağı ürək damaq xəstəlikləri üçün faydalı sayılır. Ondan istifadə eləmək damar divarlarının möhkəmlənməsinə və elastikləşməsinə səbəb olur. Bu yağ qanda pis xolesterinin miqdarının azalmasına və damarlarda toplanan piy cisimciklərinin əriməsinə səbəb olur. Üzüm çəyirdəyi yağı vena və arteriyalarda olan iltihabi xəstəliklərin sağalmasına, tormb əmələ gəlmənin qarşısının alınmasına səbəb olur.
Üzüm çəyirdəyi yağından aşağıdakı məqsədlərlə istifadə edilir:
* massaj üçün yağlar
* dodaq balzamları
* günəş yanıqlarına qarşı kremlər
* kişilər üçün üz losyonları
* aromaterapiya yağları
* saçlar üçün maskalar
* ev sabunları
* applikasiya maskaları
Zərəli xüsusiyyətləri
Üzüm çəyirdəyi yağının zərərli xüsusiyyətləri barədə heç bir yerdə qydlərə rast gəlinməyib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Üzüm çəyirdəyi yağı" haqqında müzakirə