BADAM YAĞININ SAÇA FAYDALARI.

  • Müəllif: elnare
  • Tarix: 28 dekabr 2016
  • Baxış sayı: 11 605
  • 0 rəy

BADAM YAĞININ SAÇA FAYDALARI.
Bitki yağlarının saçlara nə qədər faydası olduğunu hamı bilir.Təbii yağların tərkibində bol vitaminlər olduğu üçün, onların saçlara bu və ya digər şəkildə faydası olduğunu hər kəs bilir. Amma badam yağının saç və saç dərisi üçün nə qədər faydalı olduğundan çoxlarının məlumatı yoxdur .
BADAM YAĞI:
Saşlara qulluq dedikdə ilk növbədə badam yağı barədə düşünmək lazımdır.Badam yağı ardıcıl olaraq saçlara sürtülərsə onun uzanmasına səbəb ola bilir, saçların ucundakı haçalanmaların qarşısını alır, onu vitaminlə qidalandırır, möhkəmləndirir. Badam yağının düzənli olaraq saç dibinə və saçlara sütülməsi uzanan saçların daha sağlam olmasına yardım edir. 4-6 həftə badam yağından istifadə etmək kifayətdir ki, onun faydası nəzərə çarpsin. Saçlara qulluq etmək üçün şirin badamın yağı daha faydalıdır.
Bəzən saç dərisində olan ekzema və göbələk xəstəlikləri də saç tökülməsinə səbəb olur. Badam yağı saç dərisində olan xəstəliklərin də azalıb, sağalmasına səbəb olur.
Saç dərisində quruluq olarsa badam yağı ilə həftədə 3 dəfə tüklərin dibi massaj olunsa quruluğu aradan qaldırmaq mümkündür.
Saç boyadıqdan sonra saçlarda yaranan quluruğu badam yağı ilə aradan qaldırmaq mümkündür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"BADAM YAĞININ SAÇA FAYDALARI." haqqında müzakirə