Kedra yağının orqanizmə inanılmaz faydaları
Müalicəvi və faydalı xüsusiyyətləri
Kedra yağı dəridən asan sorulur və onun yarasağaldıcı xüsusiyyətləıri var. O tərkibinə və qidalandırıcılıq qabiliyyətinə görə vegeteryanlar üçün əla qida vasitəsidir. Ondan bir çox xəstəliklərin profilaktikası zamanı istifadə olunur.
Kedra yağının göbələk əleyhinə, antiseptik, iltihab əleyhinə, bakteriasid, virus əleyhinə, regenerasiyaedici, bəlğəmgətirici və bərpaedici xüsusiyyətləri var.
Tərkibində E vitamininin çox olması onun çox faydalı olduğunun göstəricisidir. Onun tərkibində olan E vitamininin miqdarı orqanizmdə sərbəst radikallara qarşı mübarizə aparmasını, sonsuzluğun qarşısını aldığını, hormonal fonu normqallaşdırdığlını təsdiq edir. Mütəxəssislər kedra yağının istənilən bitki yağını əvəz edə biləcəyini söyləyirlər. Kedra yağı mədənin turşuluğunun azalmasına səbəb olur. Mədə və onikibarmaq bağırsağın yara xəstəliyi zamanı kedra yağı içməkdə fayda var. Kedra yağı poliartritin müalicə və profilaktikasında mühüm rol oynayan təbii qidalardandır. Bu yağ podaqra, revmatizm və raxit xəstəliklərinin əlamətlərinin aradan qalxmasına səbəb olur. Hamilə qadınlara və uşaqlara kedra yağından istifadə etməkdə fayda var. Bu onlarda immunitetin yüksəlməsinə, yuxularının normallşmasına səbəb olur.
Hər günlük qida rasionuna kedra yağı əlavə etmək dərinin elastikləşməsinə və gənc qalmasına səbəb olur. Bu yağdan istifadə eləmək dəridə aşağıdakılara səbəb ola bilir:
* yumşaldır, tonuslandırır, qulluq edir və təravətləndirir
* rəngini yaxşılaşdırır, möhkəmliyini və elastikliyini artırır
* üst təbəqədə toplanan ölü toxumaların təmizlənməsinə və yeniləri ilə əvəz olunmasına səbəb olur
* dərini sakitləşdirir, qaşınmaları aradan qaldırır, allergiyadan sonra əmələ gələn qızartıları aradan qaldırır
* kosmetikanın təmizlənməsinə, dəri səpgilərinin təmizlənməsinə səbəb olur
* saçları qidalandırır, möhkəmliliyini bərpa edir, saçqıranların və kəpəyin aradan qalxmasına səbəb olur
* dəridə qoruyucu funksiya rolu oynayır
* uşaq dərisini qoruyur və ona qulluq edir
* aromaterapiyada ətirli yağ kimi istifadə edilir.
Kedra yağının zərərli xüsusiyyətləri
Dəmrov xəstəliyi zamanı kedra yağından sürtmək məsləhət görülmür. Onun zərərləri barədə başqa qeydlərə rast gəlinməyib.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Kedra yağının orqanizmə inanılmaz faydaları" haqqında müzakirə