Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri
- Müəllif: elnare
- Tarix: 23 aprel 2017
- Baxış sayı: 4 738
- 0 rəy
Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri.
Ən yaxşı və asan başa gələn krep (blinçik) içlikləri.
- 1. Tərkibi:4 yumurta, 50 qram göy soğan, 10 qram şüyüd və duz
- Yumurtalar bişirilir, sürtkəcdən keçirilir, digər tərəvəzlər və duz əlavə edilib krepin arasına sərilir və bükülür.
- 2. Tərkibi: 500 qram kəsmik, 1 yumurtanın sarısı, 2 xörək qaşığı şəkər tozu və 50 qram üzüm
- Bütün məhsullar zəif odun üstündə qarışdırılır, şirə qoymaq istəyəndə götürülür və kreplərin arasına qoyuub bükülür.
- 3. Tərkibi: 1 toyuğun döş əti, 10 qram şüyüd, 2 soyutma yumurta, duz, istiot
- Döş əti bişirilir və ət maşınından keçirilir. Digər məhsullar da əlavə edilərək krepin arasına yayılıb bükülür.
- 4. Tərkibi: göbələk 500 qram, 2 baş soğan, duz istiot
- Soğan qızardılır və təmiz yuyulmuş göbələklər xırda soğanla birlikdə bişirilir və krepin üstünə yayılaraq bükülür.
- 5. Tərkibi: 200 qram kolbasa, 0,5 xörək qaşığı qorçitsa, 50 qram smetan, 100 qram pendir
- Kolbsa ət maşınından keçirilir, üzərinə qorçitsa əlavə edilir. Smetan qaılaraq qarışdırıldıqdan sonra krepə yayılaraq bükülür.
- 6. Tərkibi: 500 qram mal əti, 2 baş soğan, 1 ədəd yer kökü, 3 yumurta, duz, istiot
- Ətlə soğan ətçəkən maşında üyüdülür və bişirilir. Bişmiş yumurta və yerkökü xırda doğranır və ətə qatılır. Duz və istiot vurulduqdan sonra krepə yayılraq bükülür.
- 7. Tərkibi: 500 qram üyüdülmüş qoyun əti,1 baş soğan, duz sitiot
- Ətlə soğan bişirilir, duz və istiot qatılaraq krepin arasına sərilir və bükülür.
- 8. Tərkibi: 100 qram qaysı, 300 qram kəsmik və 1 stəkan şəkər tozu
- Qaysı xırda doğranır, kəsmik və şəkər tozu əlavə edilib qarışdırılır, krepin arasına yayılıb bükülür.
- 9. Krepin arasına qatılaşdırılmış süd sürtülüb yeyildikdə çox dadlı olur.
- 10. Tərkibi: qızıl balıq,yumşaq pendir
- Balıq bişirilir, xırda hissələrə bölünür. Yumşaq pendir sürtçəgdən keçirilib krepin üstünə yayılır və bükülür.
- 11. Tərkibi, üyüdülmüş ət, düyü, yerkökü, duz, istiot
- Ət, düyü, yerkökü ayrı-ayrılıqda bişirilir. Ət əllə didişdiriir, yerkökü xırda doğranır, düyü, duz və istiot əlavə edilib qarışdırılır. İçlik krepə yayılır və bükülr.
- 12. Tərkibi: 4 xörək qaşığı şəkər tozu, 0,5 stəkan su, 0,5 qram vanil
- Məhsullar şərbət şəkli alana qədər qaynadılır və krepə yayılıb bükülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ən dadlı səhər yeməyi sayılan krep üçün içlik reseptləri" haqqında müzakirə