Pendir və şüyüdlü toyuq ruleti

  • Müəllif: elnare
  • Tarix: 14 yanvar 2017
  • Baxış sayı: 2 731
  • 0 rəy

Pendir və şüyüdlü toyuq ruleti.
Lazım olanlar:
* döş əti – 800 qram
* pendir – 100 qram
* üyüdülmüş suxari – 5 xörək qaşığı
* duru yağ – 5 xörək qaşığı
* yumurta – 1ədəd
* mayonez
* şüyüd
* duz
* istiot.
Döş əti yuyulur, nazik düz parça şəklində kəsilir, döyəclənir, duz və istiot vurulur, mayonez sürtülür. Üstünə pendir rəndələnir və şüyüd səpilir. Sonra ət ehtiyatla rulet şəklində bükülür. Yumurta dərin qabda çalınınr, duz vurulur və ətin hər tərəfinə sürtülür. Rulet suxarıya bulanır və qaynar yağda hər tərəfi qızardılır. Daha sonra folqa kağıza bükülüb 200* qızdırılmış sobda 15 dəqiqə bişirilir. Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Pendir və şüyüdlü toyuq ruleti" haqqında müzakirə