Dondurmalı krep

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 2 014
  • 0 rəy

 
Dondurmalı krep.
Lazım olanlar:
– 30 qram kərə yağı
– 40 qram un
– 1 xörək qaşığı şəkər tozu
– 1 çimdik duz
– 4 xörək qaşığı hind qozu
– 100 ml süd
– 2 xörək qaşığı marqarin
– 1 xörək qaşığı böyrütkən jelesi
– 4 ədəd dondurma
– 2 xörək qaşığı ərinmiş şokolad.
Kərə yağı əridilir, hind qozu digər yağsız tavada qovrulur. Digər bir qabda un, şəkər tozu, duz qarışdırılır, süd və yumurta əlavə edilir. Daha sonra un qarışımının üzərinə kərə yağı əlavə edilib 10 dəqiqə dinlənməyə qoyulur. Marqarin tefal tavaya sürtülür və hazırladığımız xəmirdən 4 krep bişirilir. Krepin zəif odun üstündə hər iki üzü bişirilir. Böyrütkən jelesi krepin üstünə sürtülür və hər krepin üstünə bir dondurma qoyulub bükülür. Hind qozu ilə bəzək vurulur.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Dondurmalı krep" haqqında müzakirə