Ət çəkən maşından keçirilmiş Peçenye

  • Müəllif: elnare
  • Tarix: 10 aprel 2017
  • Baxış sayı: 7 360
  • 0 rəy

Yəqin ki uşaqlıqda bu peçenyedən yeməyən qalmayıb istər hazırlanma üsulu istər ətçəkən maşından keçirilməsi bu peçenyeni özünəməxsus dizayn və dadla zənginləşdirir.

Lazım olan məhsullar:

yumurta - 2 ədəd

xama - 250 qr

un - 3-4 stəkan

şəkər tozu - 3/4 stəkan

kərə yağı - 150 qr

soda - 1 çay qaşığı

limon şirəsi - 1 çay qaşığı (sodanı söndürmək üçün)

vanilin - 1 paket


Hazırlanması:

1.Yumurta şəkərlə mikserlə yaxşı çalınır, vanilin və xırda doğranmış kərə yağı əlavə olunur və yenə də mikserlə yaxşı qarışdırılır. Sonda limon şirəsi ilə söndürülmüş soda əlavə olunur və qarışdırılır.

2. Tədricən un əlavə edirik. Xəmir bərk alınmalıdır və əllərə yapışmamalıdır. Sonra xəmiri 4 hissəyə bölüb, hər hissəni 30-35 dəqiqə ərzində soyuducuda saxlayırıq.

3. Soyuducudan çıxarılmış xəmiri ətçəkən maşınından çəkirik.

4. Xəmiri təxminən 5-6 sm uzunluqda kəsib xüsusi kağıza sərilmiş tavaya düzürük.


5. Sobanı əvvəlcədən 180 C kimi qızdırırıq və peçenyeni 22-28 dəqiqə ərzində qızılı rəng alınana kimi bişiririk. 

(Peçenye soyandan sonra üzərinə şəkər kirşanı səpə bilərsiz)

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Ət çəkən maşından keçirilmiş Peçenye" haqqında müzakirə