“Qarışqa yuvası” tortu

  • Müəllif: elnare
  • Tarix: 16 yanvar 2017
  • Baxış sayı: 3 886
  • 0 rəy

 “Qarışqa yuvası” tortu.
Lazım olan ərzaqlar:
300 qr kərə yağı
½ stəkan şəkər tozu
4 stəkan un
100 qram xama
1 paket qabartma tozu
1 banka qatılaşdırılmış süd
Hazırlanma qaydası:
150 qr kərə yağı və şəkər tozu qarışdırılır, qarışığa xama əlavə edilir. Qabartma tozu və un əlavə olunaraq yenidən qarışdırılır. Tavaya kalka kağızı sərilir, hazır xəmir ətçəkən maşınindan tavanın içinə keçirilir. 200 dərəcə qızdırılmış sobaya qoyulur və qızılı rəng alınana qədər bişirilir. Yağın qalan hissəsi otaq temperaturunda yumşaldılır, mikserlə çalınır və uzərinə qatılaşdırılmış süd əlavə edilir, krem alınana qədər təkrar çalınır.
Xəmir bişdikdən sonra böyük qabın içində əllə kiçik parçalara bölünür və kremlə qarışdırılır. Alınan qarışıq hissə-hissə götürülərək sıx şəkildə üst-üstə yığılır və bu zaman xəmirin qarışqa forması alınmasına çalışılır. Sonra tortun hər tərəfi xörək qaşığı ilə hamarlanır. Tortun qarışqa yuvasına bənzəməsi üçün üzərinə küncüt və ya xırdalanmış qoz səpilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"“Qarışqa yuvası” tortu" haqqında müzakirə