Bu şorbanı dietoloqlar arıqlamaq məqsədilə tövsiyə edirlər

  • Müəllif: elnare
  • Tarix: 16 fevral 2017
  • Baxış sayı: 3 150
  • 0 rəy

 Bu şorbanı dietoloqlar arıqlamaq məqsədilə tövsiyə edirlər
Şorbanın tərkibi vitaminlərlə zəngin olmaqla yanaşı, həm də həzm sistemini sürətləndirmək və bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq qabiliyyətinə malikdir. Hazırlamaq üçün aşağıdakılar lazımdır:
* 1 xörək qaşığı zeytun yağı
* 1 dəstə ispanaq yarpaqları
* 1 diş sarımsaq
* 1 ədəd ortaboy soğan
* 1 ortaboy yerkökü
* 200 qram yaşıl noxud
* 2-3 pomidor
* cəfəri (zövqə görə)
* makaron və ya vermeşil
* toyuq bulyonu.
Toyuq bulyonunu hazırlamaq üçün 200 qram yağsız toyuq əti zəif odda 2 saat qaynadılır. Bu müddət ərzində ispanaq, yerkökü, soğan, tavada zeytun yağında yüngül pörtlədilir, amma qızardılmır. Sonra sarımsaq əlavə edilir, 5 dəqiqə sonra tavadakılara yaşıl noxud əlavə edilib qarışdırılır. 15 dəqiqə sonra şorba odun üstündən götürülür.
Online film
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Bu şorbanı dietoloqlar arıqlamaq məqsədilə tövsiyə edirlər" haqqında müzakirə