Alma şarlotkası
Tərkibi:
Hər pay üçün 100 qr təzə alma
65 qr əla sort buğda unu
30 qr süd
¼ ədəd yumurta
20 qr şəkər
0,01 qr vanilin
10 qr kərə yağı
0,2 qr darçın
Hazırlanma qaydası:
Almanın qabığı soyulur, özəyi və toxumu çıxarılandan sonra xırda dilimlərə doğranır. Qaba qoyulur, üstünə şəkər, darçın, vanilin vurularaq qapağı örtülür və bişirildikdən sonra soyudulur. Buğda çörəyinin qazmağı kəsilib kərtisi şarlotta bişirilən qəlibin formasına görə uzun tikələrə doğranır. Çörək tikələrinin üst tərəfi lyezonda isladılıb içinə yağ sürtülmüş qəlibin dibinə və divarına düzülür. Çörək tikələri yerləşdirilmiş, qəlibə bişmiş alma qoyulur, onun da üstünə yenə həmin çörək tikələri düzülərək sobada 180-200C temperaturda bişirilir. Şarlot hazır olanda qəlibdən çıxarılır, boşqabda və ya buludda süfrəyə verilir. Bişmiş alma tikələri əvəzinə şarlotanın içinə aima püresi də qoymaq olar.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Alma ilə şarlotta
15 yanvar 2017
Yay aylarında hansı salatları yeməli?
29 yanvar 2017
Karamelli meyvə salatı
15 yanvar 2017
Brınza ilə şarlotka
15 yanvar 2017
Almalı qurabiyə
15 yanvar 2017
Yeni il salatları
29 yanvar 2017
Günəş çörək
15 yanvar 2017
Şokoladlı çorək
15 yanvar 2017
Almalı keks
15 yanvar 2017
"Alma şarlotkası" haqqında müzakirə