Alma ilə şarlotta

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 1 816
  • 0 rəy

Alma ilə şarlotta
Lazım olan ərzaqlar:
– 10 dilim dairəvi doğranmış boyat çörək
– 4 xörək qaşığı ərinmiş yağ
– 8-10 turş olmayan alma
– 4-5 yumurta
– 1-2 stəkan şəkər tozu
– 0,5 litr süd.
Çörəklər yağa batırılıb tavaya düzülür, üzərinə nazik alma dilimləri düzülür. Tavanın diametri az olsa çörək və alma dilimlərini üst-üstə də yığmaq olur. Yumurta şəkər tozu ilə qarışdırılıb yaxşıca çalınır, üzərinə süd əlavə edilib alma və çörək dilimlərinin üstünə tökülür, duxovkada bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Alma ilə şarlotta" haqqında müzakirə