Zəncəfilli almalı kompot
Lazım olanlar:
– 1 litr su
– 15 qram zəncəfil kökü
– 300 qram alma
– 2 xörək qaşığı limon şirəsi
– 2 xörək qaşığı şəkər tozu
Zəncəfilin kökü yuyulub nazik doğranır, soyuq suya tökülüb odun üstünə qoyulur. Alma iri kubik şəklində doğranır, qaynayan suyun içərisinə atılıb, 15 dəqiqə qaynadılır. Qaynayan su odun üstündən götürülüb içərisinə limon şirəsi və şəkər tozu əlavə edilir.
Zəncəfilli limonad.
Lazım olanlar:
– 2 ədəd limon
– 200 qram zəncəfil kökü
– 3 litr su
– 4 xörək qaşığı bal
– 2 xörək qaşığı şəkər tozu
Zəncəfil kökü sürtkəcin xırda gözündən keçirilir, 1 litr suyun içərisinə qoyulur. Limonun şirəsi sıxılıb qabıqları xırda doğranılır, suyun içərisinə əlavə edilir. Suya 2 xörək qaşığı şəkər tozu əlavə edilib qaynadılır. Soyuyandan sonra bal və limon şirəsi əlavə edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
OXŞAR MƏQALƏLƏR
Zəncəfilli şərbət.
28 yanvar 2017
Zəncəfilli çiyələkli çay
15 yanvar 2017
Koromb salatı
15 yanvar 2017
Qışa tədarük – Yaşıl bibərli leço
15 yanvar 2017
Yeni il salatları
29 yanvar 2017
Almalı qurabiyə
15 yanvar 2017
İspanaqlı toyuq salatı
15 yanvar 2017
Prinses tacı
15 yanvar 2017
"Zəncəfilli almalı kompot" haqqında müzakirə