Sobada balıq qızartması

  • Müəllif: elnare
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 4 047
  • 0 rəy

Sobada balıq qızartması.
Lazım olanlar:
* 10 ədəd istədiyiniz növ orta ölçüdə balıq
* 1 çay qaşığı istiot
* 1 stəkan zeytun yağı
* 1 çay qaşığı pul bibər
* 2 çay qaşığı duz
* 1 çay qaşığı nanə
* 1 çay qaşığı kəklikotu
* bir-neçə dəfnə yarpağı
* 2 ədəd limonun suyu
* 2 ədəd üyüdülmüş sarımsaq.
Qarnir üçün:
* 5 ədəd pomidor
* 5 ədəd yaşıl bibər
* 2 ədəd soğan
* 5-6 ədəd kartof.
Sous üçün geniş bir qaba zeytun yağı, istiot, pul bibər, duz, nanə, kəklikotu, limon suyu və sarımsaq əzməsi qoyulub yaxşıca qarışdırılır. Dəfnə yarpaqları sousa batırılıb balıqların içinə qoyulur.
Kartof dilimləri, pomidor dilimləri və soğan dilimləri sousa batırılıb falqanın üzərinə düzülür. Duzlanmış balıqlar da sousa batırılıb kartof dilimlərinin üzərinə düzülür. Bəzək üçün bibər dilimləri balıqların aralarına qoyulur və sobada qızardılır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Sobada balıq qızartması" haqqında müzakirə