"Yeni il" peçenyesi

  • Müəllif: redaktr
  • Tarix: 22 yanvar 2017
  • Baxış sayı: 1 873
  • 0 rəy

 "Yeni il" peçenyesi
Xəmir üçün lazım olanlar
* su - 80 ml
* şəkər tozu - 50 qram
* bal - 500 qram
* əla növ un - 300 qram
* ikinci növ buğda unu - 350 qram
* qabartma tozu - 10 qram
* yumurta sarısı - 2 ədəd
* yumurta - 1 ədəd
* vanil - 1 paket
* darçın,mixək - zövqə görə
* portağal - yarım ədəd
* limon - yarım ədəd
Bəzəmək üçün
* quru meyvə - 200 qram
* moruq cemi - 100 qram
* qovrulmuş fındıq - 200 qram
* un - az miqdar
* süd - üstünə sürtmək üçün
* yumurta sarısı - 2 ədəd
Hazırlanması
Suya şəkər tozu qatıb qaynadılır və bal qatılıb həll edilir.Soyuduqdan sonra siropa un əlavə edilib xəmir yoğrulur.Xəmirə yumurta sarısı,qabartma tozu,dadlandırıcılar əlavə edilir.Xəmir hazır olduqdan sonra paketə bükülüb soyuducuya qoyulur.Quru meyvələr xırda doğranır və moruq ceminə qatılır.
Sonra xəmir 3mm qalınlığında yayılır və istəniləm formada kəsilir.Hər formadan iki ədəd kəsilir.Yumurtanın sarısı çalınır və xəmirin bir hissəsinə sürtülür və orta hissəsinə cemli-fındıqlı içlik qoyulur.Xəmirin digər tayı ilə birincinin üstü örtülür.İkinci xəmirin üstünə süd sürtülür və fındıqla bəzənir.Peçenyelər əvvəlcədən 160* qızdırılmış sobada 20-25 dəqiqə ərzində bişirilir.
Nuş olsun!
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

""Yeni il" peçenyesi" haqqında müzakirə