Miokarditlər zamanı virus infeksiyaları

  • Müəllif: redaktr
  • Tarix: 24 fevral 2017
  • Baxış sayı: 2 560
  • 0 rəy

Miokarditlər zamanı virus infeksiyaları
Miokardiklər zamanı virus infeksiyaları bir çox orqan və toxumalarda patoloji dəyişikliklərə səbəb olur.Bu zaman xəstələrdə qeyri-spesifik şikayətlər meydana çıxır:
* Mərkəzi vegetativ sinir sistemində
- zəiflik
- baş ağrısı
- tez yorulma
- tərləmə və s.
* Tənəfüs sistemində
- zökəm
- öskürək
- göz yaşının axması
- səsin kallaşması
- udma aktında boğazda ağrılar
* Əzələ və oynaqlarda
- artralgiya
- mialgiya
* Mədə-bağırsaq sistemində
- anoreksiya
- diareya
- ürəkbulanma
Kardial şikayətlərə ilk növbədə ürək nahiyəsində ağrı,təngnəfəslik,boğulma tutmaları,ürəkdöyünmə,ürəyin işinin qeyri müntəzəmliyi,ayaqlarda ödem və s. aid edilir.
Ürək nahiyəsində ağrı - miokarditli xəstələrdə ən çox rast gəlinən kardial şikayətlərdən biridir.Stenokardiya tutmalarından fərqli olaraq miokarditlərdə ağrılar uzunmüddətli,daimi xarakterdə olur.Fiziki iş və yataq vəziyyətində təngnəfəslik daha da artır.
Virus infeksiyaları zamanı miokartit xəstələrində bəzi hallarda boğulmalar baş verir.Qəflətən baş verən boğulma tutmaları döş qəfəsində ağrı əlamətləri ilə müşayət olunduqda,diaqnozu dəqiqləşdirmək üçün ağ ciyər arteriyasının tromboemboliyası ilə differensasiya aparmaq lazımdır.
Virus infeksiyaları zamanı miokardit xəstələrində başqa əlamətlər də özünü göstərir.Bunlara aşağıdakılar aiddir:
- sağ qabırğaaltı nahiyədə ağrılar
- ürəkdöyünmə
- ürəyin işinin qeyri-müntəzəmliyi
- qızdırma
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Miokarditlər zamanı virus infeksiyaları" haqqında müzakirə