Uşaqlarda ölümə səbəb olan adenovirus infeksiyası

  • Müəllif: redaktr
  • Tarix: 21 yanvar 2017
  • Baxış sayı: 3 536
  • 0 rəy

Uşaqlarda ölümə səbəb olan adenovirus infeksiyası
Adenovirus infeksiyası kəskin respirator xəstəliK olub orqanizmdə aşağıdakı orqan və sistemlərdin patologiyalarrı ilə müşahidə edilir:
- tənəffüs yollarının
- bağırsaqların
- limfoid toxumaların
Xəstəliyin törədiciləri sağlam uşaqların adenoid və badamcıqlarında da müşahidə edilir.Viruslar soyuğa davamlıdır və komponenti birləşdirmə aktivliyinə malikdir.
Adenovirus infeksiyasının mənbəyi xəstə insanlardır.Onlar mikrobu burun-udlaq seliyi və nəsiclə yayırlar.Yoluxma əsasən hava damcı yolu vasitəsilə baş verir.Yoluxma bəzən fekal-oral mexanizmlə də baş verə bilir.
Xəstəliyə ən çox 6 aylıqdan 5 yaşına kimi olan uşaqlar xəstələnirlər.
Xəstəlik tənəffüs yollarının,konyuktvanın və bağırsağın epiteliositlərində və limfoid toxumasında reproduksiya olunur.Adenovirus infeksiyası uşaqların mərkəzi sinir sisteminə təsir edərək onun müqavimətini qıraraq toxuma keçiriciliyini artırır.Sonra isə qan axınına düşərək başqa orqanlara yayılır.Virus ilk növbədə dalaq və qara ciyər toxumasına çökür və oların ölçülərini böyüdür.Virus çənəaltı,boyun,qoltuqaltı,mezenterial və damaq limfa vəzilərinin şiməsinə səbəb olur.
Adenovirus infeksiyası uşaqlarda tənəffüs yollarının və gözlərin selikli qişalarının iltihablaşmasına səbəb olur.Əvvəlcə burun,udlaq,traxeya,badamcıqlar,sonra bronxlar,bağırsaqlar iltihablaşır.Ölüm bronxyanı pnevmoniya,bronx və alvelların kəskin ödemi və nekrozu səbəbli baş verir.Bağırsaqların və onun limfa sisteminin zədələnməsinə virusla birlikdə bakteriyalar da iştirak edir.Bu zaman diareya və mezadenit baş verir.
Xəstəlik otra hesabla 5-8 gün çəkir.Adenovirus infeksiyası aşağıdakı əlamətlərlə başlayır:
- qəfləti qızıdrma
- üşütmə
- baş ağrısı
- əzələ ağrıları
- sümük ağrıları
- oynaqlarda sızıltı
- qarın ağrısı və ishal
Xəstəlik zamanı uşaqların burnundan selikli irinli axıntı axır,boğazda ağrı,öskürək,səsin kallaşması,üzün qızarması müşahidə edilir.Xəstələrdə badamcıqlar böyüyür,üzəri ağ ərplə örtülür,tonzillit əlamətləri olur.Xəstəlik ağırlaşdıqca xəstələrin ürək tonları zəifləyir,ağ ciyərdə sərt və xırıltılı tənəffüs eşidilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Uşaqlarda ölümə səbəb olan adenovirus infeksiyası" haqqında müzakirə