B12 defisit anemiyanın kliniki mənzərəsi

  • Müəllif: redaktr
  • Tarix: 5 fevral 2017
  • Baxış sayı: 2 413
  • 0 rəy

B12 defisit anemiyanın kliniki mənzərəsi
B12 defisit anemiyanın təzahürləri aşağıdakı sindromlardan ibarətdir:
1. sirkulyator hipoksiya sindromu(toxumalarda oksigen aclı səbəbindən baş verir)
2. qastroenteroloji
3. nevroloji
4. hematoloji
Xəstəliyin kliniki mənzərəsində yuxarıdakı sindromlardan başqa B12 defisit anemiyanın əmələ gəlməsinə səbəb olan xəstəliklər də öz təsirini göstərir.
B12 defisit anemiya xəstələrdə tez yorulma,zəiflik,fiziki gərginlik zamanı təngnəfəslik,ürək nahiyəsində ağrı hissinin olması,ürəkdöyünmə əlamətləri ilə özünü biruzə verir.Bu əlamətlər əsasən özünü toxumalarda oksigen azlığı olduğu zaman baş verir.
Xəstələrdə əsasən iştahanın küsməsi,ətə qarşı ikrah hissinin olması,dilin ucunda yanma və ağrı,yeməkdən sonra epiqasral nahiyədə ağırlıq,ishal və qəbizliyin olması müşahidə edilir.
B12 defisiti zamanı xəstələr baş ağrıları,yerişin qeyri-sabitliyindən ,ərtaflarda keyimə hissindən şikayət edirlər.Xəstələrin anamnezlərinin yaxşı araşdırdıqda onların ailələrində də B12 defisiti olduğu anlaşılır.
B12 çatışmazlığı inkişaf etdikdə xəstələrin həzm və mərkəzi sinir sistemində patolojiyalar meydana çıxmağa başlayır.Xəstələrin dərisinin rəngi avazımış,üzləri şişkinləşmiş olur.
Diaqnoz zamanı qanın müayinələrinin nəticələri əsas götürür.Laborator müayinələr zamanı xəstələrin qanında eritrositlərin miqdarının azalması,rəng göstəricisinin yüksəlməsi,eritrositlərin formasının dəyişkənliyi və hiperseqment nüvəli neyrofillər aşkar edilir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"B12 defisit anemiyanın kliniki mənzərəsi" haqqında müzakirə