Qeyri-spesifik aortoarterit

  • Müəllif: redaktr
  • Tarix: 29 yanvar 2017
  • Baxış sayı: 1 824
  • 0 rəy

Qeyri-spesifik aortoarterit
Takayasu xəstəliyi
Qeyri-spesifik aortoarterit böyük arteriyaların,əsasən də aorta və onun şaxələrinin xroniki iltihabi zədələnməsidir.Xəstəliyə cavan yaşlarında olan qadın və qızlar xəstələnirlər.
Xəstəliyin əmələ gəlməsində damarların zədələnməsi əsas xarakterik xüsusiyyət rol oynayır ki,bu da immunokompleks xarakter daşıyır.Kəskinləşmə dövründə qanda və aortanın divarında sirkulyasiya edən immun komplekslər və antitellər aşkar edilir.Xəstələnmiş şəxslərdə histouyuşmazlıq antigenləri ümumi populyasiyaya nisbətən daha tez-tez aşkarlanır ki,bu da genetik meyilliyin olmasını göstərir.
Xəstəliyin aktiv fazasında klerotik tipli zədələnmələr ayırd edilir.Damarların zədələnməsi seqmentar xarakter daşıyır və bir qayda olaraq orqandaxili damarlar zədələnir.
Qeyri-spesifik aortoarterit baş verdiyi nahiyəyə əsasən aşağıdakı növlərə ayrılır :
- zədələnmə aorta qövsü və onun şaxələri ilə məhdudlaşır
- aortanın döş və qarın hissəsi zədələnir.
- aorta qövsü və onun enən hissəsi zədələnir.
- yuxarıdakı zədələnmə tipləri ağ ciyər arteriyasının zədələnməsi ilı birlikdə baş verir
Aortoartrit zamanı xəstələrdə immun və qeyri-spesifik iltihab əlamətlri,böyrəklərin,dərinin,oynaqların zədələnməsi,arıqlama və hərarətin yüksəlməsi müşahidə edilir.
Diaqnostik axtarış zamanı xəstəliyin ilk günlərində damar hövzəsinin zədələnməsi və patoloji prosesin kəskinliyinə aid məlumatlar əldə etmək olur.Xəstəlik 20 yaşa qədər başladıqda xəstələrdə hərarətin yüksəlməsi,mialgiya ,artralgiya əlamətləri olur.Xəstələr tərləmədən,baş ağrılarından,ürək getmədən şikayət edirlər.20 yaşdan sonra inkişaf edən aortoarterit zamanı xəstələrdə müxtəlif orqan və sistemlərin işemiyası ilə əlaqədar simptomlar özünü göstərir.Xəstəlik irəlilədikcə aşağıdakı patologiyalarlar meydana çıxır:
- keçici korluq
- iybilmənin pozulması
- döş qəfəsində ağrılar
- təngnəfəslik
Xəstəlik istənilən orqanda olan arteriyalarda baş verə bilir.Aortoarterit zamanı əmələ gələn patologiyalar zədələnmiş aortanın yerindən asılı olaraq dəyişir.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Qeyri-spesifik aortoarterit" haqqında müzakirə