Qida borusu xərçənginin gecikmiş təzahürləri
Xəstəliyin əlamətləri aşağıdakılardır:
* səsin tutulması (qayıdan sinirin zədələnməsi zamanı baş verir)
* Horner triadası (mioz, psevdoptoz, ekzoftalm)
* yerli limfa düyünlərinin böyüməsi
* bradikardiya (azan sinirin qıcıqlanması ilə əlaqədar baş verir)
* öskürək tutması
* qusma
* təngnəfəslik
* stridoroz tənəffüs.
Xəstəliyin ümumi simptomlarına aiddir:
* ümumi zəiflik
* proqressivləşən arıqlama
* anemiya.
Bu xəstəliklər qida borusu xərçənginin gecikmiş, hətta terminal mərhələsinə aiddir.
Qida borusu xərçənginə dioqnoz qoymaq üçün xərçəngin atipik formalarına fikir vermək lazımdır. Bu zaman əlamətlər daha da ağırlaşır və aşağıdakılar meydana çıxır:
Qida burusunda disfaqiya, qidanın hərəkəti ilə əlaqədar olan ağrılar.
Xroniki qastritin imitasiya edir və qıcqırma, ürəkbulanma, gəyirmə, qusma ilə təzahür edir. Qida borusunun xərçəngi zamanı disfaqiya olmaya da bilir.
Xəstəlik boyun, çiyin onurğada ağrıların üstünlüyü ilə xarakterizə olunur.
Xəstələrin ürək nahiyəsində ağrılar olur. Qida borusunun xərçəngi səsin kallaşması, batması və hürücü öskürəklə xarakterizə olunur. Xəstələrdə boğulma, təngnəfəslik, öskürək tutmaları baş verir.
Yuxarıda yazılan əlamətlərin olmasına baxmayaraq qida borusu xərçənginin diaqnozunu dəqiqləşdirmək üçün qida borusunun rentgenoskopiyası və biopsiyanın nəticələri əsas götürülür.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Qida borusu xərçənginin gecikmiş təzahürləri" haqqında müzakirə