Ürək xəstəliklərinin əlamətləri
Kardialgik sindrom ürək damar sistemi xəstəlikləri zamanı xəstələrin əksəriyyətində rast gəlinən simptomlar toplusudur.
Ürək xəstələrində ağrıların təzahür forması müxtəlif olur:
– zəif xoşagəlməz
– əzabverici
– dözülməz
– deşici, kəsici
– sıxıcı, yandırıcı
– bərk yad cismin əzməsi.
Çox zaman bu əlamətlərin bir-neçəsi eyni xəstədə baş verə bilir.
Ağrıların lokalizasiyası da olduqca fərqli olur. Ağrılar adətən, ürəyin zirvə nahiyəsində olsalar da körpücükaltı, parastenal, hətta döş sümüyünün arxasında da hiss edilə bilər. Xəstələrin bir çoxu ağrını ürəyin arxa proyeksiyasında, sol kürəkaltı və ya kürəkarası nahiyədə hiss edirlər. Ancaq sinədə, ürək nahiyəsində ağrıların rastgəlmə tezliyi 90% olur.
Ağrıların müddəti olduqca fərqli olur. Bəzən bir-neçə saniyə dəlib keçən ağrı, bəzən isə saatlarla göynədici, dartıcı, təzyiqlə sıxıcı ağrılar baş verir. Ağrılar bəzən tutmaşəkilli də ola bilir. Ağrıların fiziki gərginliklə əlaqədar olması xüsusilə diqqət çəkici olur.
Xəstələrdə ürəkdöyünmə və aritmiyalar da müşayiət edilir. Ürəkdöyünmə həyəcanlanma, bəzən hətta sakitlik dövründə də baş verir. Əsasən fiziki iş, gərginlik, kofe, spirtli içki qəbulu zamanı ürəkdöyünmələrin sayı artır.
Ürək xəstəliklərinin əlamətlərindən biri də tənəffüs pozğunluğudur. Belə xəstələr fiziki gərginlik zamanı, hündürlüyə qalxan zaman onlarda təngnəfəslik meydana çıxır.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Ürək xəstəliklərinin əlamətləri" haqqında müzakirə