Boğazda ağrı

  • Müəllif: Dr.Nicat
  • Tarix: 15 yanvar 2017
  • Baxış sayı: 3 851
  • 0 rəy

Boğazda ağrı dedikdə kəskin iltihab nəticəsində, udma zamanı boğazda xırıltı və ya xoşagəlməz hal yaranır.
Ümumi məlumat:
Boğazda ağrı yuxarı tənəffüs yollarının virus və ya bakterial infeksiyası nəticəsində baş verir. Udlağın arxa divarının iltihabı nəticəsində, yəni faringit zamanı boğazda ağrı qeyd olunur. Xroniki faringit zamanı bu xəstəlik təkrarlanır və boğazda xoşagəlməz hissiyyat uzum müddət çəkir. Angina ( tonzillit) boğazda ağrıya səbəb ola bilər. Badamcıqlar şişkinləşir ki, bu da boğazda ağrıya səbəb olur, uşaqlarda daha çox rast gəlinir. İldə bir neçə dəfə tonzillit ola bilər.
Larıngit zamanı səs xırıltılı olur, bəzən bata bilər.

Səbəbləri:
– Bakterial infeksiya.
– Virus infeksiyası.
– Allergik reaksiyalar.
– Qıcıqlanma ( siqaret çəkmə).
– Rütubətin az olması.
– Quru hava.
Simptomları:
Virus infeksiyalarında quru öskürək olur ( bəzən bir az açıq rəngli bəlğəm olur) zökəm, yuxarı temperatur, səsin xırıltılı olması müşahidə olunur.
Bakterial infeksiyada çənəaltı limfa düyünləri böyüyür, temperatur 38, 39 C –yə qalxır. Əgər boğazda ağrı varsa həkimə müraciət edin. Əgər boğazda ağrı güclənirsə, temperatur 2 gündən artıq çəkirsə mütləq həkimə müraciət etmək lazımdır.
Fəsadları:
-irinli tonzillit
-revmokardit
-böyrək xəstəlikləri.
Siz nə edə bilərsiniz:
-az danışmaq lazımdır
-siqareti tərgidin
-isti maye (şirə, su, çay) 8-10 stəkan qəbul edin. İsti maye qəbulu boğaza rahatlıq verir.
– boğazı xüsusi məhlullarla qarqara edin
– antibakterial pastilkalardan istifadə edin
– ağrıkəsicilər işlədin
– xəstəlik zamanı istirahət edin.
Həkim nə edə bilər:
Həkim diaqnoz qoyduqdan sonra digər ciddi xəstəlikləri inkara edir və xəstəyə müvafiq müalicə təyin edir.

Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.

"Boğazda ağrı" haqqında müzakirə