Parsial epilepsiya tutmaları
Parsial epilepsiya tutmaları
Parisal epilepsiya tutmaları zamanı epilepsiya ocağı beyin qabığında yerləşir. Bu zaman prosesə beyinin bir hissəsi qoşulur,ancaq tutmalar zamanı qabıqaltı strukturlar mütləq iştirak edir.Parisal tutmalar sadə və mürəkkəb olmaqla 2 yerə bölünür.Epilepsiya tutmalarının kiliniki gedişinə görə aşağıdakı növləri vardır:
- hərəki
- hissi
- psixopatoloji
Epileptik ocaq proyeksiya olunmuş hərəki qabıqda yerləşdikdə üz,əl və ayaq əzələlərində klonik qıcolmalar müşahidə edilir.Bu zaman qıcolmalar məhdud və yayılmış ola bilir.Bu zaman şüurun itməsi müşahidə oluna bilir.
Epilepsiya ocağı premotor qabıqda yerləşdikdə isə aşağıdakı patoloji dəyişikliklər baş verə bilir:
- göz-hərəki epileptik tutmaları(göz almalarının bir tərəfə çəkilməsi)
- adsersiv tutma(gözün və başın əks tərəfədönməsi ilə təzahür edir)
- daimi miokloniyalar
- paresteziya tutmaları
- psixopatoloji tutmalar
- psixosensor tutmalar
Psixosensor tutmalar nadir hallarda şüur pozulmadan keçir və çox vaxt mürəkkəb parisal tutmaları müşayət edir.Şüurda baş verən dəyişikliklər xarici təsirlərə cavab reaksiyasının olmaması və ya baş verənlərin qavranılması ilə xarakterizə edilir.Bu hallarda görülən,eşidilən və yaşanılan hadisələri xəstə əvvəllər yaşanmış,görülmüş və eşidilmiş kimi hiss edir.Bəzi hallarda isə ətrafda baş verən hadisələr xəstəyə yuxu kimi görünür.
Parisal epilepsiya tutmaları zamanı xəstələrdə taxikardiya,arterial təzyiqin yüksəlməsi,təngnəfəslik,midriaz,tər ifrazı müşahidə olunur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Parsial epilepsiya tutmaları" haqqında müzakirə