Subdural hematomalar
Subdural hematomalar
Subdural hematomalar sərt beyin qişasının zədələnməsi və pial venaların sinuslara açılan yerdə qırılması zamanı baş verir.Hematomanın ən xarakterik əlaməti başda sıxıcı,parçalayıcı ağrıların olmasıdır.Xəstəlik aşağıdakı əlamətlərlə meydana çıxır:
* ürək bulanması
* qusma
* şüurun dolaşması
* yuxululuq
* şüur səviyyəsinin dəyişkənliyi
* bəbəklərin eyni ölçüdə olmaması
* hemiparez şəklində lokal əlamətlər
Subdural hematomalar üçün aşağıdakı əlamətlər xarakterikdir.
1 İlk sutkalar ərzində komatoz vəziyyətin nisbətən sürətli inkişafı.
2 Aydın şəkildə ifadə olumuş kötük pozulmaları.
3 Bəzən epilepsiya tutmalarının baş verməsi.
4 Reflekslərin asimmetriyası.
Subdural hematomalarda komatoz vəziyyətdən sonra ümumbeyin əlamətləri ləng inkişaf edir.Əksər hallarda meningial əlamətlər özünü göstərir,xəstələrdə parez inkişaf edir,epileptik tutmalar baş verir.
Subdural hematomalar irəlilədikcə xəstələrdə süstlük,yuxululuq,baş gicələnmə,istiqamət itirmə,psixomator oyanma artır,bulbar pozulmalar meydana çıxır.
Xroniki subdural hematomalarda travmadan sonra həftələr və hətta aylarla xəstənin vəziyyəti nisbi qənaətbəxş ola bilir və əlamətlər uzun müddət sonra meydana çıxır.
Xəstəliyə diaqnozun qoyulmasında KT və MRT-nin nəticələri əsas götürülür.
Müalicə cərrahi yolla dəlik açılıb hematomanın oradan çıxarılmasından ibarətdiur.
Bu portalda yerləşdirilmiş bütün məqalələr peşəkar həkim tərəfindən yazılıb. Saytımızdan hər hansı məlumat götürdükdə hipper-link ilə istina vacibdir https://immunitet.az/.
"Subdural hematomalar" haqqında müzakirə